ANA SƏHİFƏ / MARAQLI

Sümük suyunun möcüzəvi faydası

5138    |   2018-05-15 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur kardioloq və professor Canan Karatay bu dəfə sümüyün faydaları haqqında məlumat verib.

Publika.az xəbər verir ki, kardioloq Türkiyədə ətin baha olmasından gileylənsə də, orqanizmin ehtiyacı olduğu zülalları qarşılamaq üçün maraqlı üsul təklif edib:

"Mənə deyirlər ki, ət baha olduğu üçün ala bilmirik. Tez-tez ət almağa imkanı olmayan şəxslərə sümüklü ət almağı məsləhət görürəm. Hər cür sümüyü aşağı temperaturda qaynadıb suyunu için. Sümük suyu gənc və uşaqlar üçün enerji mənbəyidir. Beyinlərini və başlarını inkişaf etdirir. O zaman şagird və tələbələr imtahanlarına daha yaxşı çalışırlar”.

Karatay həmçinin orqanizmə daxil olan hər cür şəkərin zərərli olduğuna diqqət çəkərək bu ifadələri işlədib:

"İstər paxlava, istər künəfə yeyin, istənilən şirniyyatı ağzımıza aldığımızdan etibarən o qan şəkərini yüksəldir. Orqanizm onu şəkər olaraq qəbul edir. Damaq dadı və beyindəki ləzzət hissinə bədən fikir vermir, çünki özünü zərərdən qorumaq məcburiyyətindədir. Şəkər insulin ifraz edir. Hər cür qənnadı məhsulları, şəkərlər, bütün qazlı içkilər, təzə və hazır sıxılmış meyvə suları da şəkərdir. Süni qidalandırıcılar, kartof qızartması, makaron və enerji içkiləri çox təhlükəlidir. Nə üçün? Çünki hamısı insulini yüksəldir”.

Karatay yerli meyvələrin yeyilməsini tövsiyə edib:

"Kənd təsərrüfatı zəhəri ilə yuyulmayanlar” ən faydalısıdır. Yerli dağ alması və yemişan yeyin. Onlardan hazırlanan turşuları da yemək olar. Onlar ən sağlam qidalardır".



İmza:
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK