adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 May 2018 12:34
14805
DÜNYA
A- A+

Netanyahu “Eurovision”u Qüdsdə keçirəcək

İsrailin baş nazir Benyamin Netanyahu 2019-cu ildə "Eurovision" beynəlxalq mahnı müsahibəsinin Qüdsdə keçiriləcəyini bəyan edib.

Adalet.az xəbər verir ki, bu barədə Netanyahu "Tvitter" hesabında bildirib.

"Sən İsrailə böyük şöhrət gətirdin! Növbəti ildə — Qüdsdə!" - deyə Netanyahu yazıb.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018” mahnı müsabiqəsinin qalibi məlum olub. 26 ölkənin iştirakı ilə keçirilən final mərhələsində İsrail təmsilçisi Netta ifa etdiyi "Toy” mahnıısı ilə birinci yerə layiq görülüb.

İkinci yerə Kipr nümayəndəsi Eleni Foreyre (Fuego mahnısı), üçüncü yerə isə Avstriyadan olan iştirakçı Sezar Sempton (Nobody But You mahnısı) çıxıb.