adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 May 2018 12:38
6123
HADİSƏ
A- A+

Hacıqabulda əməliyyat: “Spays” satanlar tutuldu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan "spays” götürülüb.

Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram "spays” götürülüb.

Məlum olub ki, S.Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi, 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. Hər 3 şəxs saxlanılıb.

S.Əliyevə qarşı narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. (APA)