adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 May 2018 11:29
15317
DÜNYA
A- A+

İndoneziyada partlayışlar: 9 ölü, 40 yaralı

İndoneziyanın Yava adasında iki kilsədə partlayış törədilib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 9 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında iki polis əməkdaşı da var.

Məlumata görə, birinci partlayış saat 07:15-də Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.

Dindar libasında kilsəyə daxil olan terrorçular dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.