ANA SƏHİFƏ / DÜNYA

Gürcülər Saakaşvilini geri istəyir - Sorğu

16269    |   2018-05-12 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gürcülərin 44%-i Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin eks-prezidenti Mixail Saakaşvilini bağışlamalı olduğunu düşünür.

Adalet.az xəbər verir ki, bu nəticə Beynəlxalq Şəffaflıq Gürcüstan (Transparency International – red.) təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Saakaşvilinin bağışlanmağını istəməyənlər isə əhalinin 38%-ni təşkil edib.

Respondentlərin həmçinin 58%-i Gürcüstanda məhkəmə sisteminin hakim partiyanın nəzarətində olduğunu bildirib. 80% şəxs isə məhkəmələrdə vaxtilə ədalətsiz qərar qəbul edən hakimlərin işləməmələrini istəyiblər.

Gürcülər həmçinin Baş prokurorluq (57%), Daxili İşlər Nazirliyi (55%) və Dövlət Təhlükəsizlik Xidmətinin (55%) də hakim partiyanın maraqlarına xidmət etdiyini açıqlayıblar.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2018-10-17
2018-10-16


VİDEO