adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 May 2018 15:17
12596
KRİMİNAL
A- A+

Sabirabad və Saatlıda bir-birinin ardınca qətllər törədən şəxs tutuldu

Sabirabadda və Saatlıda bir-birinin ardınca qətllər törədən şəxs tutulub.

Adalet.az xəbər verir ki, DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, 42 yaşlı Firqət Əliyev saxlanılıb.

F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək K.Yaqubovu da qətlə yetirib. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad RPŞ-yə gətirilib.

Dindirilmə zamanı F.Əliyev törətdiyi cinayətləri etiraf edib. Qətlləri törədərkən istifadə etdiyi bıçaq ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad və Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.