ANA SƏHİFƏ / Layihə

DAĞLARA YÜKSƏLƏN SEVİNC VƏ QÜRUR

4764    |   2018-05-11 21:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"...Balakənin son illər ərzində inkişafı məni çox sevindirir. Çünki doğrudan da son illərdə böyük irəliləyiş olmuşdur. Balakəndə sosial problemlər öz həllini tapır". Bu qürurverici sözləri rayon haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söyləmişdir. Doğrudan son illər buralarda görülən işlər, bütün istiqamətlərdə baş verən yeniliklər bütövlükdə Balakən rayonunun simasını büsbütün dəyişərək onu ən müasir bölgələr sırasına çıxarmışdır. Dövlət Proqramlarının uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna qayğı və diqqəti bu sərhəd rayonumuzun geniş miqyaslı inkişaf yolunu təmin etmişdir. Bütün bunlar barədə rayonda keçirilən tədbirlər zamanı söhbətlər açılır, ölkə rəhbərliyinin ünvanına minnətdarlıq və alqışlar səslənir.
Bu yaxınlarda keçirilən 2018-ci ilin birinci rübünün yekun iclasında əvvəlcə cənab İlham Əliyevin yenidən Azərbaycan Respublkasının Prezidenti seçilməsi böyük sevinc və təntənə ilə alqışlanmışdır. Möhtərəm prezidentin seçkilərdəki parlaq qələbəsi balakənliləri daha böyük uğurlara ruhlandırmışdır. Sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2018-ci ilin birinci rübündə rayonda investisiya və Dövlət Proqramlarının icrası, tikinti, abadlıq-quruculuq işləri davam etmiş, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri başa çatdırılmış, payızlıq taxıl sahələrinə aqrotexniki qulluq göstərilmişdir.
Rayonda 1 aprel 2018-ci il vəziyyətinə 3516,8 ha sahədə yazlıq və payızlıq əkinlərin aparılması təmin edilmişdir. Əkinlərin 1716,2 hektarı payızlıq (o cümlədən 1096 ha buğda, 620,2 ha arpa), 1800,6 hektarı isə yazlıq bitkilərdir. Yazlıq əkinlərin 856,5 ha tərəvəz, 458 ha kartof, 49,1 ha lobya, 5 ha qarğıdalı və 432,0 ha yonca olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən payızlıq taxıl əkinləri 33,4%, yazlıq əkinlər isə 10,8 % artmışdır.
Hesabat dövründə baramaçılığın, tütünçülüyün və fındıqçılığın daha da inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. İlin əvvəlindən etibarən barama, tütün istehsal edəcək, eləcə də yeni fındıq bağları salacaq istehsalçılar müəyyən edilmiş, əkin aparılacaq sahələr müəyyənləşdirilərək sahələrdə dondurma şumunun aparılması təmin edilmişdir.
Rayonda 2018-ci ildə 25,0 tondan çox barama istehsal edilməsi nəzərdə tutulmuşdur. Bu da ötən ilin göstəricisindən 14,0 ton və yaxud 2,7 dəfə çoxdur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün payızda əkilən 131,5 min ədəd tut tingindən əlavə cari ilin I rübündə 8 min ədəd yeni tut tinglərinin əkilməsi təşkil olunmuş, mövcüd tut ağaclarının inventarizasiyası aparılmış, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür. Eyni zamanda, ipəkqurdu toxumunun inkubasiyaya qoyulması üçün Baş baramaqurutmaxanasının otaqları təmir edilmiş və digər zəruri hazırlıq işləri görülmüşdür.
Tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı cari ildə 535 ha sahədə tütün əkilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə də lazımi işlər görülmüş, torpaq sahələri və istehsalçılar müəyyən edilmiş, şitil ehtiyatının yaradılması üçün şitilliklər hazırlanmışdır. Emal müəssisələri olan "Azərtütün" MMC və "İlham-M" MMC ilə müqavilələr bağlanması istiqamətində işlər görülmüş, 500 ha sahədə Virciniya, 35 ha sahədə isə İtiyarpaq növ tütün əkilməsi üçün 1002 ədəd sadə şitillik hazırlanmışdır. Şitilliklərə normal aqrotexniki xidmət göstərilmiş və şitil köçürüləcək sahələr şumlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq rayonda 60 kameralı tütün qurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılmış və tikintinin başlanılmasına hazırlıq işləri görülür. Qurutma kameralarının tikilməsi tütün istehsalına çəkilən xərclərin azalmasına, yeni iş yerləri açılmaqla əhalinin məşğulluğunun təmin edilməsinə və əhalinin bu sahədən daha çox gəlir əldə etməsinə yeni imkanlar açacaqdır.
Hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası"na uyğun tütün istehsalçılarının emal müəssisələrinə satdıqları yaş və quru tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 75 istehsalçıya 13744,62 manat vəsaitin kart hesablarına köçürülməklə ödənilməsi təmin edilmişdir.
Cari ildə rayonda fındıqçılığın inkişaf etdirilməsi sahəsində müvafiq işlər görülmüş, yeni fındıq bağlarının salınması məqsədi ilə dövlət, bələdiyyə və xüsüsi mülkiyyətdə olan torpaq sahələri müəyyənləşdirilmiş, 700 hektar sahədə fındıq bağı salınmaqla son 2 ildə salınmış bağların sahəsi 3968,2 hektara çatdırılmışdır. Yeni salınmış fındıq bağlarının 600 hektarı xüsusi, 100 hektarı isə bələdiyyə mülkiyyətində olan torpaqlardır. Cari ilin payız mövsümündə daha 1000 ha yeni fındıq bağının salınması nəzərdə tutulur.
Hesabat dövründə fındıq bağlarının, eləcə də digər əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı rayon Suvarma Sistemləri idarəsi, bələdiyyələr və torpaq mülkiyyətçiləri ilə birgə aidiyyəti işlər görülmüş, kanallarda 60 min kub metr həcmində təmizləmə işləri aparılmışdır. Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanalları, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul kəndlərində mövcud suvarma kanalları tam təmizlənərək işlək vəziyyətə gətirilmişdir. Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün ayrı-ayrı çaylarda 158 min kub metr həcmində məcra tənzimləmə tədbirləri görülmüş, Balakən çayın daş-beton bəndlərində 150 kub metr həcmində cari, 80 kub metr həcmində əsaslı təmir işləri aparılmışdır.
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, 01 aprel vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 36895 baş, ana malın sayı 17858 baş, xırdabuynuzlu malın sayı 36509 baş olmuşdur. Rüb ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 58,3 ton və ya 1,1 faiz, ət istehsalı 49,6 ton və ya 4,2 faiz, yumurta istehsalı isə 70 min ədəd və ya 3,4 faiz artmışdır.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ


İmza:
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK