adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 May 2018 10:26
12243
İDMAN
A- A+

“Neymarı satmaq axmaqlıq olar” – PSJ-dən açıqlama

PSJ futbolçusu Neymarın mövsümün sonunda "Real”a transfer olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, Paris klubundan verilən açıqlamada braziliyalı ulduzun satılmayacağı qeyd olunub:

"Neymarla yollarımızı ayırmağı düşünmürük. Söz-söhbəti ortaya atanlar keçiddən pul qazanmaq istəyənlərdir. Neymara hər hansı qiymət qoymamışıq. Çünki o satılmayacaq.Neymarı satmaq axmaqlıq olar. Onun hansısa başqa kluba transfer olmaq şansları sıfıra bərabərdir”.

Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə keçib.