adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2018 17:52
14900
İDMAN
A- A+

Almeyda və Pedro “Qarabağ”dan gedir – rəsmi açıqlama

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda klubundan ayrılır.

Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi yayda müqavilə başa çatacaq milliləşdirilmiş braziliyalı oyunçuya yeni təklif irəli sürsə də, o, bunu qəbul etməyib və karyerasını xaricdə davam etdirməyə qərar verib. Onunla İtaliya və Türkiyə klublarının maraqlandığı bildirilir.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərlə söhbətində təsdiq edib ki, Almeydanın komandada qalmaq ehtimalı çox azdır: "Riçard Almeydanın müqaviləsi bitir. Ona yaxşı təklifləri var”.


Q.Qurbanov mövsümün sonu müqaviləsi başa çatacaq Pedro Enrikenin də "Qarabağ"dan gedəcəyini bildirib.