Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | “Aqrolizinq idarəçiliyi düzgün qurmalıdır” - Nazir Adalet.az | “Aqrolizinq idarəçiliyi düzgün qurmalıdır” - Nazir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Aqrolizinq idarəçiliyi düzgün qurmalıdır” - Nazir

6811    |   2018-05-11 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugün Kənd Təsərrufatı Naziriyində nazir İnam Kərimov və "Aqrolizinq” ASC -nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib.

Bu barədə Adalet.az nazirliyə istinadən xəbər verir. "Fermerlərlə ən çox təmasda olan və onları dinləyən Aqrolizinqdır. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz "Aqrolizinq”in üzərinə düşür. "Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, -deyə nazir toplantını açıb.

Toplantıda nazir taxil biçini kampaniası başlamazdan əvvəl "Aqrolizinq” ASC –nin qarşısına qoyulan əsas vəzifələri - mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə və taxıl yığımı kampaniyası səmərəli təşkil olunmalı, kombaynların dislokasiasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalı, bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütamadi olaraq maarifləndirici verlişlər hazırlanmalı və maliyyə nizam- intizamına, səffaflıqa və dövlət vəsaitinə ciddi nəzarət olunmasını toplantı iştrakçılarının nəzərinə çatdırıb.

Sonda nazir İnam Kərimov "Arqolizinq” ASC –yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.



İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK