Holland futbolçu 40 metrdən avtoqol vurdu – VİDEO
"Sparta”nın rotterdamlı yarımmüdafiəçisi Steyn Spirinqs Hollandiya çempionatı çərçivəsində "Dordrext” klubuna qarşı keçirilən oyunda 40 metrdən öz qapısına qol vurub.
Adalet.az xəbər verir ki, video "AMAZING GLOBE” tərəfindən "YouTube”a yerləşdirilib.
Hadisə oyunun 89-cu dəqiqəsində "Sparta” 1:0 hesabı ilə öndə olduğu zaman baş verib. Spirinqs rəqibin hücumunun qarşısını almaq üçün var gücü ilə topu qapıçısına ötürüb. Bu zaman top qapıçının başı üzərində keçərək tora daxil olub.
Buna baxmayraq, "Sparta” klubu qələbə qazana bilib. Vurulan avtoqoldan iki dəqiqə sonra Robert Myuren komandasını hesabda yenidən önə keçirib.
Digər Xəbərlər
28 Mart 2024 11:30
"Real" üç futbolçusu ilə razılaşdı
28 Mart 2024 09:22Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
27 Mart 2024 16:16AFFA region klubunu yarışlardan kənarlaşdırdı
27 Mart 2024 14:01"Yunayted" avrokuboklardan kənarda qala bilər
26 Mart 2024 18:58