adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 May 2018 15:51
11948
SİYASƏT
A- A+

Donbassda BMT missiyası yaradıla bilər

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefonla danışıb.

Adalet.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı Ukraynanın şərqindəki vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hər iki ölkə başçısı Ukraynadaxili böhranın tənzimlənməsi çərçivəsində Donbassda ATƏT müşahidəçilərinin qorunması üzrə BMT missiyasının yaradılması məsələsinə də toxunublar. Rusiya və Almaniya liderləri, həmçinin, Normand formatı çərçivəsində işləri aktivləşdirməyə dair razılığa gəliblər.

Qeyd edək ki, mayın 18-də Soçidə Merkellə Putinin görüşü nəzərdə tutulur.