Adalet.az | QONŞUNUN EVİNİN YANMAĞINA SEVİNMƏZLƏR Adalet.az | QONŞUNUN EVİNİN YANMAĞINA SEVİNMƏZLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

QONŞUNUN EVİNİN YANMAĞINA SEVİNMƏZLƏR

11829    |   2018-05-12 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baxıram, gündəmdə İrandı. Trampın son bəyanatından sonra belə bir fikir yaranıb ki, ABŞ qulbeçələri İranla müharibə edəcəklər, bombalayacaqlar, İraqın gününə salacaqlar.

Əvvəla, mən inanmıram, ona görə ki, İran İraq deyil. İran qüdrətli bir dövlətdi.

Baxıram, buna sevinənlər var. Sevinirlər ki, İranda müharibə olsa azərbaycanlılar ayrılıb ayrıca bir dövlət quracaqlar və hətta gələcəkdə birləşə bilərik. Ağlınıza dua yazım. ABŞ və Avropa dövlətləri heç Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın inkişafını sınıra bilmir. Yox bir, razı olarlar ki, 35 milyonluq və hər cür yeraltı və yerüstü zənginliyə malik yeni bir türk dövləti yaransın.

Amma bircə şeyi bilirəm ki, İranı bombalamağa başlasalar, azı bir iki milyon azərbaycanlı bacı-qardaşlarımız Arazın bu tayına – bizə pənah gətirəcəklər. Öz qaçqınlarımız azdı, indi onları da yedirtməyə məcbur olacağıq.

Qonşunun evinin yanmağına sevinməyin, dostlar. Əvvəla, o tökülən bombalar həm də azərbaycanlıların başına töküləcək. İkincisi də, İranla din qardaşıyıq, qan qardaşıyıq. Tarixi və mədəni köklərimiz bir-birinə çox bağlıdı. Və bu gün İranla bizim münasibətlərimiz çox yüksək səviyyədədi.




İmza:
SON XƏBƏRLƏR
2018-08-15


VİDEO