adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 May 2018 11:26
19790
İDMAN
A- A+

MÜQƏDDƏS KİTABDA YAZILIB: «FUTBOLA GETMƏK QADAĞANDI!»

Səmavi kitablarda Allah bizə nələri qadağan edib: şərab içmə –içirik; rüşvət alma – alırıq; oğurluq etmə – edirik; kasıbın malına göz dikmə – dikirik; zina yapma – yapırıq; ürəyini Allahla düz tut – tutmuruq; Allahın yaratdığını öldürmə – öldürürük; xalqın malına kəc baxma – baxırıq; donuz əti yemə – yeyirik; namaz qıl – qılmırıq; fitrə-zəkat ver – vermirik; yalan danışma – danışırıq və sair və ilaxır. Yəni müqəddəs kitablarda yazılanların tərsinə gedirik.

Deyirəm, kaş müqəddəs kitabımızda belə bir ayə də olardı - «Futbola getməyin, günahdı».

Stadionlarımız dolub-daşardı. Bilet üstə baş yarılardı.

Bəlkə, ilahiyyatçılarımız Azərbaycan futbolunun xətrinə heç olmasa belə bir hədis yaradalar.

Yeri gəlmişkən, birini mən deyim . Filan peyğəmbər görür ki, çox böyük bir qələbəlikdi, hətta dava-dalaşdı , soruşur ki, nə olub. Deyirlər ki, futbol olacaq, bilet üstündədi dava.

Peyğəmbər buyurur:

- Futbol oynamaq və futbola baxmaq ən böyük günahdı. Futbolu allahsızlar, bütpərəst, qədim hindlilər kəşf edib, cin-şeytan işidi. İyirmi iki nəfər yarıçılpaq çıxır və adamları başdan edir.

Necə ola bilər ki, Türkiyənin professoru çıxıb televizyonda deyir ki: «Nuh peyğəmbər oğluyla mobil telefonla danışırdı», biz nəsə deyə bilmərik?