adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: SUSMAQ DİQQƏTDİRMİ?!

ƏBÜLFƏT MƏDƏTOĞLU
55450 | 2018-05-11 13:02

Həyatım boyu önəmverdiyim və hər kəsdən də umduğum və çəkinmədən də dilimə gətirdiyim bir istəyimolub. O da DİQQƏTDİ! Kim necə istəyir başa düşsün. Mənim əxlaqıma, mənim düşüncəmə,mənim inancıma görə, insanı yaşadan bütün vacib şərtlər içərisində diqqətxüsusi yer tutur. Yəni diqqət göstərilən insan özünün gərəkli olduğunu, özününyaşadığını hiss edir. Və bu da ona impuls verir, ona uzadılan əl kimi onu çəkibquyudan çıxarır. Bax, bu mənada mən dostlarımdan, onların ölkənin harasındayaşamasından asılı olmayaraq, yerdən göyə qədər, hətta ondan da yuxarıya qədərrazıyam. Onlar günün, hadisənin barometri kimi dərhal, özü də təmtəraqsız, necəvar bu formada da səsləriylə, sözləriylə, telefon mesajlarıyla yanımda olurlar,harayıma çatırlar. Və israrla da məni öz yanlarına dəvət edib haraylayırlar.Bax, bu elementar bir insani addım mənə yandırılan yaşıl işıq, mənim üzüməaçılan bir qapı kimi hər vaxt yadımdadı, yaddaşımdadı, həyatımdadı.. Lap çılpaqdesəm, Naxçıvandakı dostlarımdan tutmuş Gəncədəki, Şəkidəki, Ağstafadakı, Balakəndəki,Lənkərandakı... bir sözlə, bütün Azərbaycandakı dostlarım bir diqqət simvoludumənim üçün. Mən də o diqqətin həm daşıyıcısıyam, həm də onun üzvü. Axı təsir əkstəsir yaradır. Görüb götürmək, öyrənmək azacıq ağlı olan hər kəsin həm haqqıdı,həm də borcudu...

Bəli, son günlər içimdən bir istək gəlib keçib. Bir dostun, bir yaxının təşəbbüsüylə Bakıdan biraz uzağa çıxmaq, bir az mühiti dəyişmək istəyirdim. Amma müəyyən səbəblərdəngerçəkləşmədi bu səfərim. Bunu yazmaqda,qeyd etməkdə məqsədim var. Yəni etirafetmək istəyirəm ki, mənim bu səfərimlə bağlı xəbər tutmuş dostlarım hamısıtelefon açıb səbrsizliklə gözlədiklərini, qarşılayacaqlarını o qədər doğmalıqladilə gətirmişdilər ki, inanın, özümü artıq onların yanında hiss etmişdim. Səfərmüvəqqəti təxirə salınsa da, onların səmimiyyəti mənə əvvəldə dediyim həmin odiqqəti təkrar xatırlatdı. Mən Allahımdan bir daha razı qaldım ki, O mənim üçünbu cür dostlar seçimində yardımçı olur. Mən yanılmamışam onları seçməkdə,onlara güvənməkdə. Ona görə də üzümü dostlara tutub bir üzrxahlıqla demək istəyirəmki, yaxşı ki, varsınız və sizin varlığınız mənim Allahdan dilədiyim ən böyükdiləklərdən biridi, etdiyim ən səmimi duaların birincilərindəndi. Və...

Bəli, insan özünəqapılanda, öz dünyasına çəkiləndə iki halın çözümündə bir fürsət qazanır.Onlardan biri həmin o təklikdə özünü görməkdi, özünü kitab kimi oxumaqdı.İkincisi də o təklikdə kimlərin səni arayıb-axtarması faktı ortaya çıxır.Görürsən ki, öz təkliyin içində də səni tək qoymayanlar var. Amma neyləyim ki,həmin təkliyin bütün incəliklərini, bütün çılpaqlıqlarını görən, duyan və onu mənəyaşadan sən isə kənardan əlini qaşının üstünə qoyub baxmaqla kifayətlənirsən. Vəbilirsən ki, bu baxışın özü də o təkliyə düşən işıqdı. Və mən də bu işığa görə,təkcə yaşamağı, düşünməyi deyil, həm də yaşımın bu çağında da sevməyi öyrənəcəmvə yazacam:


Kirpiyimdə yaşısayma

Qopmuş qaya daşısayma...

Sən gəl, məninaşı sayma -

Mən sevməyi öyrənəcəm...


Dilimdəki ahagülmə

Ucuz bilib bahagülmə...

Az qalıbdı, dahagülmə -

Mən sevməyi öyrənəcəm.


Ruhu sap-sapsökdürsəm də

Ürəyimi çökdürsəndə...

Üstümə daştökdürsən də -

Mən sevməyi öyrənəcəm.


Nədir çəkən bizigeri

Eşir dəmin diziyeri!

Dönəcəksən üzügeri -

Mən sevməyi öyrənəcəm.


***

Hə, indi biripucu axtarıram. O ipin ucundan tutub getmək, getmək və gedə-gedə də niyə, nədənvə kimdən getdiyimi anlamağa çalışıram. Amma neyləyim ki, sadəcə bir istəyin özü də mənə yaxındüşmür, nə də məni özünə yaxın buraxmır. Bilmirəm harda oxumuşam, ya da eşitmişəm.Bütün yollar harasa gedir. Və indiki anda mənə elə gəlir ki, bütün yollar mənimgözümün önündəki ünvana tərəf istiqamətlənir. Və gözümün önündəki o ünvan heçyerindən tərpənmir. Dayanıb gözləyir. Yollar isə uzanır, calanır bir-birinə... Çox qəribədir.Görəsən heç bitməyən yol varmı? Kimsə bilirmi bu sualın cavabını? Mənə görə həryol, hər cığır bir insandı, bir fərddi. İnsanın dünyaya gəlişiylə başlayıbdünyadan gedişiylə bitir. Bu, pessimist, hüznlü fikir olsa da bunun içərisindəinsanın bir cismaniliyi özünü göstərir. Amma o da var ki, dünyasını dəyişənaydınlar, işıqlar, dahilər də var. Bəs onların yolu? Axı onlar da normalyanaşmada bizlərdən biridi. Yəni doğulub ölənlərdən biri. Nə isə... Bu sual çoxsu aparan xəmirə bənzəyir. Ona görə üstünə çox getmirəm. Qoy hər kəs bildiyikimi fikirləşsin, bildiyi cavabı həmin sualın qarşısına yazsın. Mən isə həmin otərpənməyən ünvana baxa-baxa axtarışlarımı davam etdirirəm. Və yenə də görürəm ki, bir şeirdə yazdığım kimi,hər anımda, hər fikrimdə sən mübtədasan. Sən onun şah damarı, baş qəhrəmanısan.Ona görə də sənsizlik anlayışını dilimdən, leksikonumdan, düşüncəmdən silməyə qərarverirəm. Bilmirəm gücüm çatacaq, ya yox. Amma bir halda ki, hər anımda sənvarsansa, onda mən də elə sənin hər anında yəqin ki, varam. Bu, özüm haqqında bədgümanlığabənzəsə də, amma içimdən gəldi, ona görə yazmaya bilmədim.


Yazdım ki:

Kirpiklərimdəndamır

Çətirini götür sən...

Bu halda da gedərəm-

Məni hara götürsən....


Düşdüyüm boran,qarla

Ürəyim susuztarla...

Günəşim kimiparla -

Buludumu ötür sən!


Nuh dövründənqalığam

Az qalıbdılalıxam...

Ovcundakıbalığam -

Əzab vermə,öldür sən!


Həsrətitalayaram

Ruhumuqalayaram...

Duz kimiyalayaram -

Mənə səni gətirsən!


Necədi? Xoşuna gəldimi?Yəqin ki, yox! Çünki şit, bayağı, bir az da şişirdilmiş görünəcək bu dediklərim, bu yazdıqlarım. Eləbiləcəksən ki, xoşuna gəlmək üçün aktyorluq edirəm, rol oynayıram, səhnəyaradıram. Olsun! Belə düşünmək sənin haqqın... Amma mənim də haqqımıtapdalama. Necə yazıramsa, necə deyirəmsə, bir dəfə də onu eləcə gör, eləcə qəbulet! Onda biləcəksən ki, tərəzinin iki gözü var, baxış bucaqları da müxtəlifdi.Axı, adamı olduğundan böyük və yaxud kiçik göstərən, yəni əks etdirən güzgülərmövcuddur. Bir də sənin və bütün qadınların çantasında gəzdirdiyi güzgülər. Yəqinki, nə dediyimi, nə yazdığımı təxmin edirsən. Əgər etdinsə, onda biləcəksən ki,tərəzinin bir gözündəki haqq da mənimdi. Mən bu haqqın tapdanmasını heç arzuetmirəm. Ümumiyyətlə, Tanrının bəndələrinə verdiyi haqqı elə bəndələrin özlərinintapdaması günaha yazılan məqamlardan biridi. Sən o məqama yaxın durma. Və...


Mən ki kədər dəlisiydim

Sevinc göndəribküsdürdün...

Yatmış birvulkan kimiydim -

Mənimlə birgəpüskürdün...


Bir anda dəyişdihəyat

Çaşdım durduğumyeri mən...

Ürəyim açdıqol-qanad -

Dönə bilmədimgeri mən...


Dörd tərəfsonsuz qəm, kədər

Qaldım atdığınadada...

Sevinc daşlaşdıo qədər -

Qoymadı düşümyada da!..


***

İnsanda yaddaşyerində olursa və bu yaddaşın üstünü toz basmırsa, bunun özü bir xoşbəxtlikdi. Doğrudur,bu xoşbəxtliyin kölgəli tərəfi də var. Yəni yaddaş bir saxlanc kimi, yəni birmücrü kimi, bir sandıq kimi hər şeyi yığır öz daxilinə - yaxşını da, pisi də.Bax, insanın yaddaşı fəal olanda yaxşını xatırladığı kimi, pislikləri dəunutmur. Amma mən çox istərdim ki, yaddaşın o pislik toplanan bölməsi yadondurulsun, ya da ümumiyyətlə, həmin hissə olmasın. O bölum Tanrı tərəfindən silinsin. Deyə bilərsinizki, bəs onda insanlığın düşməni olan erməniləri necə, onları da yaddaşdan silək?Onların pisliklərini unudaq?

Bəli, haqlı vəyerində səslənən sualdı. Amma bu sualdan öncə mənim ifadə etdiyim təklifə diqqətyetirin. Mən axı dedim ki, bütün pislikləri... Deməli, o pisliklərin içərisindəerməni də gedir...

Hə, indiki andayaddaşla üz-üzə dayanıb həmsöhbət olmaq mənə əvvəldə söylədiyim diqqətinqapısına qayıtmaq imkanı verir. Yəni yazımın əvvəlində dostlarımın, onlarıntimsalında duyduğum, hiss etdiyim, yaşadığım diqqəti qabartmışdım. Elə yazımınsonunda da həmin yerə, həmin qapıya dönürəm. Axı, ürək istəyən yerə ayaq yüyrəkgedər. Bir də harda arzulanırsansa, harda yerin görünürsə, orda olmaqdan, oragetməkdən gözəl nə ola bilər ki? Vay odur ki, gözlənmədiyin yerdə gözə dəyəsən.Və bu da sənə qarşı xoş olmayan bir münasibətin yaranmasına səbəb ola. Sən dəbunu duyasan, yaşayasan və içində çiliklənəsən...

Hər halda, hər kəsöz qibləsini tanıdığı kimi, yəqin ki, öz yerini də, ona olan münasibəti dəaz-çox bilir. Mənim söylədiklərim, yazdıqlarım ən yaxşı halda bir xatırlatmadı.Özü də təkcə sizin üçün yox, mənim elə özüm üçün də. Mən özüm özüməxatırladıram ki, xəyal qurub gözlənildiyimi düşündüyüm yer, yəni sənin yanın mənəüzərinə "giriş qadağandı" yazılmış qapını xatırladır. Neyləyim ki, xəyalım,elə ruhum da o qadağanı aşıb keçir. Axı deyirlər ruh da, xəyal da qadağaları qəbuletmir, onlara məhəl qoymur. İndiki anımda mən bu deyimə, bu fikrə tam inanıramvə ikiəlli səs verirəm. Üstəlik, onu da demək istəyirəm ki, yaşanan hisslər,duyğular mənim üçün son nəfəsdi. O nəfəs isə...

Çox dolanbac biryolu gəzib gəlmiş və gəldiyi ünvanda da kimsə tərəfindən qarşılanmayan birisikimi mən yalnız özüm-özümə təsəlli verməkimkanındayam indi.

Başqa birimkanım, başqa bir üz tutağacım yer, məqam, şərait, hətta əhval belə ağlıma gəlmir.Ona görə də kağızla qələmin həmsöhbət olmasına üstünlük verirəm.


Və xəyalımınaşıb qarşısında dayandığı ünvan sahibinə deyirəm:

Sən özün bilərsənnə düşünürsən

Mənim yaşadığımbu sevgi haqqdı!

Gözlərim görürki, tək üşüyürsən -

Mənim güvəncyerim, bu sevgi haqqı!


Sən ovsan, mənovçu - gəldik bərəyə

Dağı düzə çəkək,düzü dərəyə...

Birdəfə pay düşür bil ki, hərəyə -

Beləbir sevgidən, bu sevgi haqqı...


Tutoda, tut suya, günə yönünü

Bəzəxəyal ilə bütün ömrünü...

Heçvaxt uduzmazsan, açıb könlünü -

Sən məni sevginən,bu sevgi haqqı!


Ürək söz çəməni,çiçəklər tər söz

Könlün istəyəndə,çəkinmə, dər söz...

Mənə təsəllididediyin hər söz -

Doymuram sevgindən,bu sevgi haqqı!..


Deməli, bütün buyazılanlar, bütün bu deyilənlər əslində özü də toplum halında bir DİQQƏTdi -hamıya, hər kəsə, xüsusilə sənə! Bəs səndə necə? Sənin baxış bucağın altında mənimdiqqətim necə görünür?!.

... Susursan...Bunu diqqətəmi yozum?..


TƏQVİM / ARXİV