adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 May 2018 12:21
8587
SAĞLAMLIQ
A- A+

Bakı sakinləri gələcək ataların doğuşda iştirakına necə baxır ?

2007-ci ildə səhiyyə nazirinin əmri ilə Azərbaycanda da doğuş zamanı qadının yaxınlarından bir nəfərin əməliyyatda iştirakına icazə verilir və xidmət tamamilə pulsuzdur. Bəs Bakı sakinləri gələcək ataların doğuşda iştirakına necə baxır ?

Respondentlərin böyük əksəriyyəti kişilərin doğuşa qatılmasına əleyhinədir (62 %). Bu addım xüsusilə bəylər tərəfindən bəyənilmir (69 %).

Bununla belə, rəyi öyrənilmiş paytaxt əhlinin beşdə biri kişilərin xanımları ilə birlikdə doğuşa girməsini dəstəkləyir (21 %). Xüsusilə xanımlar bəylərini çətin anda yanlarında görmək istəyir (33 %).

Məsələni yaranmış vəziyyətə görə dəyərləndirənlər sorğuda 13 % səs toplayıb.

4% respondent sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.