adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 May 2018 17:18
25677
MARAQLI
A- A+

Paxıllığa bax e bizim adımız yoxdur

Yayın gəlişini dörd gözlə gözləyən və dənizin gözəlliklərinə aşiq olanlardansıznızsa, bir-birindən gözəl sahillərə yolunuzu düşürərək yuxu kimi bir tətil keçirə bilərsiniz.







Honokalani Sahili, Maui, Hawaii


Əslində dünyada çox çəhrayı qum sahili yoxdur. Çəhrayı qumlar foraminifera deyilən xüsusi bir növ qırmızı-çəhrayı qabıqlı heyvanların qalıqlarından meydana gəlir. Bu heyvanlar öldüklərində qabıqları qalır və külək bu qabıqları əzib, daş və digər qalıqlarla birləşdirərək bu möhtəşəm görünüşü ortaya çıxarır.


El Nido, Palawan, Filippin


Balaca olduğumuz zamanlar nə qədər çox dəniz qabığı yığar, kolleksiya edərdik deyil mi? Yaxşı ki, valideynlərimiz bizi bu sahilə götürməmişlər! Çünki o zaman çimərlikdəki bütün qabıqları toplamaq kimi bir işə girişəcək və yorğunluqdan öləcəkdik.

Avstraliyadakı Shell Beach'in, Cənubi Afrikadakı Jeffreys Bay'ın və Floridadakı Sanibel Island'ın bütün sahil şeridi dəniz qabığı olan çimərliklərdən ibarətdir! Dənizdə içləri başqa canlılar tərəfindən yeyilən bu qabıqlı canlılar, öldükdən sonra qabıqlarıyla sovrularaq, coğrafi mövqelərindən ötəri dünyanın müəyyən bölgələrində sahilə vurur və bu inanılmaz görünüş ortaya çıxır.


Mavi qum sahilləri


Fotoşəkildə gördüyünüz parlayan şeylər qumlar deyil, Maldiv boyunca uzanan yakamozun ta özüdür. Suya asılı yaşayan dəniz canlıları gecələri yakamozla birlikdə parlayaraq bu inanılmaz mənzərəni qarşımıza çıxarırlar. 


Horseshoe Bay, Bermuda


İnanılmaz deyilmi? Dünyada bənzəri olmayan bu sahil, Fort Bragg Kaliforniyadadır. Yaxındakı bir şəhər mərkəzinin "zibil yığını" olaraq istifadə edilərkən, 60larda şəhər mərkəzi, bu zibil sahəsini bağladı və bir neçə bərpa layihəsi və ətraf təmizləmə proqramı edərək parlaq şüşələrdən mükəmməl bir çimərlik meydana gətirdilər.



Bənövşəyi qum sahilləri


Təəssüf ki, hər qum bu qədər rəngli və canlı ola bilmir. Bu gözəlliyə bir baxın! Kaliforniyanın Pfeiffer Sahilində olan bu ekzotik rəngli bənövşəyi qumlar maqnezium və lal daşı granüllerinin aşınaraq bütün bölgəyə yayılmasıyla ibarətdir.


Qara qum sahilləri


Əla, qeyri-adi və birazca da qorxuducu... aşınmış lavalar və vulkanik qayaların meydana gətirdiyi bu qara qumlar konsentrə qara rəngləriylə, olduqca maraqlı və dediyimiz kimi birazca qorxuludur.


Bathsheba Sahili, Barbados


Hawai'dəki Papakolea sahili və Guam'dak; Talofofo sahilində olan bu sahillər qeyri-adi rənglərini maqnezium və dəmir ehtiva edən olivin kristallarından edir. Olivinlər ümumiyyətlə dənizaltı vulkanlarının bazalt yataqları sayəsində meydana gəlir.


Mağara sahilləri


Aşındırmaq gücünü və mövcud olan sonsuz zamanı arxasına alan təbiət, bəzi mağaralara dənizi qucaqlayıb sarmalamaq şansını vermişdir. Mağaraları gəzərkən bir də baxırsınız içəridə böyük bir dünya, böyük bir sahil...

Nə qədər maraqlı deyil mi? Mağara sahillərinə ən yaxşı nümunə The Secret Beach Cave - Meksikada və Algarve Cave Beach - Portuqaliyada var.


Dreamland Sahili, Bali


Kim demiş sahil olması üçün quma ehtiyac var deyə? İrlandiyada Giants Causeway 'sahilində olan bu böyük qayalar, lavaların qatılaşması nəticəsində meydana gəlmiş, antik bazalt daşlarıyla qarşımıza çıxır. Soyuq qış günlərində belə isti qalmağı bacaran bu qayalar bənzərsiz bir görünüş meydana gətirir.