adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 May 2018 11:56
9869
DÜNYA
A- A+

Ərdoğan ciddi islahatlara başlayır - Türkiyədə 5 vitse-prezident olacaq

Türkiyənin prezident üsul-idarəsinə keçməsilə əlaqədar hökumətdə dəyişikliklər ediləcək.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, Türkiyədə 5 vitse-prezident olacaq. Bundan başqa, ölkədəki nazirliklərin sayında da dəyişiklik ediləcək. Belə ki, hazırkı 21 nazirliyin sayı azaldılaraq 15-ə endiriləcək. Ehtimal edilir k, bir neçə nazirlik birləşdiriləcək.

Türkiyə hökuməti isə yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.