Fuad Ələsgərov: “Ordumuz öz gücünü aprel döyüşlərində göstərib”
"Müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda ordumuz müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur”.
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.
"Ordumuz öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərib və üç rəngli bayrağımız düşməndən azad edilən torpaqlarda ucaldılıb. Əminik ki, yaxın zamanlarda üç rəngli bayrağımız işğaldan azad edilən torpaqlarda, Şuşada, Xankəndində dalğalanacaq”, - deyə F.Ələsgərov vurğulayıb.(azvision.az)
Digər Xəbərlər
23 Aprel 2024 16:18
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı: İlk sərhəd dirəyi quraşdırıldı - YENİLƏNİB
23 Aprel 2024 14:57İstanbul valisindən saxta erməni soyqırımı tədbirlərinə YASAQ
23 Aprel 2024 13:38Boşanmaq istəyənlər 15 dollar ödəyəcək
23 Aprel 2024 13:29Ermənistan ordusu Qazaxın kəndlərindən geri çəkildi
23 Aprel 2024 13:27