adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 May 2018 11:45
13196
DÜNYA
A- A+

Polşada deputatların maaşları 20 faiz azaldıldı

Polşa Seymi parlamentarilərin maaşlarının 20 faiz azaldılması barədə qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, səsvermə zamanı 240 deputat qanun layihəsinin lehinə səs verib. Deputatlardan 2 nəfər isə qanun layihəsinin qəbuluna etiraz eib.

Səsvermədə "Vətəndaş Platforması", "Polşa Kəndli Partiyası" müxalifət fraksiyalarını təmsil edən deputatlar da daxil olmaqla 213 nəfər iştirak etməyib.

Müxalifəti təmsil edən deputatlar qanun layihəsini ciddi tənqid ediblər.