ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Romanlarındakı qorxunc hadisələri həyatında yaşayan yazıçı

22298    |   2018-05-11 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqata Kristi - detektiv roman pərəstişkarlarının yaxından tanıdığı bir addır. Özündən geriyə tam 66 roman və 150 qısa hekayə buraxan məşhur yazıçının həyatı da eynən romanları qədər sirlidir…

Adalet.az Aqata Krsiti haqda bilinməyən məlumatları oxuculara təqdim edir.


Oxumağı 5 yaşında öz başına öyrəndi

Aqata Kristinin anası, qızının erkən oxumasını istəmirdi, baxmayaraq ki, özü də ədəbiyyatı çox sevirdi. Evdə atasından dərs alan Aqata, dərs fasilələrində xeyli sıxılırdı və 5 yaşına çatmamış, oxumağı özü öyrəndi. Gələcəyin kitab qurdunun ayaq səsləri...


O, bir əczaçı idi

Əczaçılıq imtahanını keçən Aqata, I Dünya Müharibəsinin ardından xəstəxanaya bağlı bir hospitalda çalışdı. Onun zəhərli qarşımlar haqqında çoxlu miqdarda bilgini açıqlayan mühüm bir məlumatdır! Kristinin zəhərlərə olan bağlılığı, Katrin Harkupun yazdığı A is for Arsenic: The Poisons og Aqata Kristi adlı bir kitaba da mövzu olmuşdur.

Yazarlığa şeirlə başladı

İlk çap edilən mətni şeirdi və o vaxt 11 yaşındaydı. Şeir Londondakı bir qəzetdə yayımlandı.

1926-cı Kristinin həyatında ən çətin illərdən biri oldu. Məhz bu ildə o sirli şəkildə yoxa çıxmışdı, onun anası rəhmətə getmiş, qardaşı isə narkotiklərdən asılı vəziyyətə düşmüşdü. Bu zaman onun "Rocer Ekroydun qətli” romanı naşirlərin xoşuna gəlməmişdi. Bütün bunlardan sonra Aqata yoxa çıxır və onu uzun müddət axtarırlar. Hətta onu tapmaq üçün digər bir britaniyalı detektiv yazıçısı Artur Konan Doyla müraciət edirlər.


Bir müddətdən sonra Aqatanı kiçik bir sanatoriya şəhərciyində tapırlar. Burada o özünü Tereza Nil kimi təqdim edibmiş. Onun yaddaşı çox pis şəkildə pozulmuşdu: o ərini güclə xatırlayır, qızının adını isə ümumiyyətlə xatırlamırdı. Öz doğma bacısını isə yalnızca bir neçə gündən sonra tanıya bilmişdi.

Kristinin sözlərinə görə, o uşaqlıqdan gəncliyinə qədər eyni yuxunu görürdü. O daim yuxuda əlləri qabar-qabar, üzü isə dəhşətli ifadəyə malik bir insanı görürdü. Aqata onu Qatil insan adlandırırdı, lakin o yuxuda heç vaxt bir dənə də olsa qətl törətməmişdi.


İldə iki ya da üç kitab yazardı

Onun ən çox oxucuya ulaşan yazıçılardan biri olmasına təəccüblənməməli. Geriyə ondan 66 detektiv roman və 14 hekayə qaldı.

Aqata Kristinin müəllifi olduğu əsərlər 2 milyarddan artıq nümunədə satılmış və dünyanın 103 dilinə tərcümə edilmişdir. O Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun əsərləri İncil və Şekspirin əsərlərindən sonra ən çox satılan əsərlər hesab olunur.


Dünyanın ən uzun müddət səhnələnən oyunun yazarı da özüdür

Aqata Kristinin "Siçan Tələsi” adlı cinayət romanı əvvəlcə kiçik bir radio teatrı olaraq başladı, daha sonra tarixin ən uzun müddətə səhnələnən tamaşasına çevrildi. Tamaşa, 2012-ci ildə dodaq uçuqladan bir sayıya, 25 min performansa çatdı.


Həyatı boyu yüzdən çox dəftər tutdu

Davamli fikirlərini bir kənara not etdiyi və ətrafında eşitdiyi danışıqları yazdığı bilinirdi. Həyatı boyunca tutduğu deyilən 100-dən çox dəftərdən 73 dənəsi zamana meydan oxudu və günümüzə qədər çatdı.


Romanlarını təkrar oxumaqdan çəkinməzdi

Çoxu yazar, bir dəfə çap edilkdən sonra öz yazdıqlarına göz atmağa belə dözə bilmədiklərini deyərlər sizə. Artıq iş işdən keçəndən sonra öz mətnlərinə tənqidi bir redaktor gözüylə baxmanın verdiyi acı böyükdür. Amma Kristi o yazıçılardan deyildi. Öz romanlarını təkrar oxumasıyla bilinirdi. Ən sevdiyi romanı soruşulanda aralarında birini seçə bilməmək məsələsində digər yazıçılarla bənzərliyi olduğu deyilə bilər.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK