Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Fuad Muradov Bruklin nümayəndə heyətini qəbul edib Adalet.az | Fuad Muradov Bruklin nümayəndə heyətini qəbul edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Fuad Muradov Bruklin nümayəndə heyətini qəbul edib

7684    |   2018-05-11 11:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərdə olan Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən Adalet.az-a verilən məlumata görə, görüşdə Assosiasiya və "Mənim Yolum” təşkilatının fəaliyyət istiqamətləri və iş planına dair geniş müzakirə aparılıb.

Marietta Rozental Azərbaycan diasporu ilə yəhudi icmasının üzvləri arasında sıx əməkdaşlığın olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb. M.Rozental bu il mayın 23-də Bruklin-Bakı Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Nyu-Yorkda Bruklin meriyasında "Mədəniyyət günləri”nin, mayın 27-də isə İpək Yoluna həsr edilmiş rəqs festivalının təşkil ediləcəyini diqqətə çatdıraraq, bu tədbirlərin Azərbaycan mədəni irsinin ABŞ-da təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.

Komitə sədri Fuad Muradov qonaqları Bakıda görməkdən məmnunluğunu ifadə edərək, Bruklin-Bakı Dostluq Assosiasiyasının Azərbaycanın mədəni irsinin, tarixinin təbliğinə, mədəni əlaqələrin qurulmasına verdiyi töhfələri yüksək qiymətləndirdiyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlığın zəruriliyini vurğulayan Dövlət Komitəsinin sədri təkcə mədəni sahədə deyil, bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən AZZEM Beynəlxalq Fondunun rəhbəri Oleq Mövsümov və Elina Xanukova Azərbaycanın ABŞ-da təbliği istiqamətində bundan sonra da zəruri işlərin görüləcəyini diqqətə çatdırıblar.




İmza:

Nikol Paşinyanın baş nazir olmağı Ermənistanda nəyi dəyişəcək? - Politoloqlar danışdı

GÖRƏN BUNLAR KİMƏ GÜLÜRLƏR

İqbal Ağazadə müəllimləri kəskin tənqid etdi

DÜNƏN EŞİTDİYİM ƏN XOŞ XƏBƏR

“Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib” - İranın Baş Qərargah rəisi

Ziyafət Əsgərov komitənin gündəliyini açıqladı

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər

Zakir Həsənov yenidən Məhəmməd Baqeri ilə görüşdü

Qarabağ icmasının rəhbəri amerikalı diplomatla danışıqlarda

Üç prezidentin yeni sammiti keçiriləcək

“Qarabağ torpaqları Azərbaycan torpaqlarıdır” - İranın Baş Qərargah rəisi (Yenilənib)

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur”

SON XƏBƏRLƏR
2019-01-18
2019-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK