adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 May 2018 10:38
7764
HADİSƏ
A- A+

İsmayıllıda avtomobil körpüsünü sel apardı

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir"(trend)