adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 May 2018 10:32
13133
ELM VƏ TƏHSİL
A- A+

BANM ali məktəblər üzrə media reytinqdə ikinci oldu

Bakı Ali Neft Məktəbi (BANM) "Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən aprel ayı üzrə ali təhsil müəssisələri arasında ikinci yeri tutub.

Adalet.az-ın məlumatına görə, BANM-ın aprel ayı üzrə media aktivliyi 904 olub.

Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 online media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.

Qeyd edək ki, ali təhsil müəssisələri üzrə media aktivlik mediaya daxil olan məlumatların kəmiyyət, keyfiyyət və məzmun üzrə təhlili nəticəsində hesablanılır.