İnam Kərimov pambıqçılarla görüşüb - FOTO
Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir pambıq istehsalçılarına bu sahənin ölkə başçısının birbaşa diqqətində olduğunu, pambıqçılığa çoxşaxəli dövlət dəstəyinin mövcudluğunu və qarşıya qoyulan hədəflər barədə söhbət açıb.
O, həmçinin pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini də pambıqçılara tövsiyə edib.
Fermer və sahibkarlar da öz növbəsində rayonda pambıqçılığın inkişafı məqsədilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.
Sonda İ.Kərimov və fermerlər pambıqçılığın inkişafı üçün geniş fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16