adalet.az header logo
  • Bakı 13°C
12 May 2018 11:11
18101
İDMAN
A- A+

Novbəti Formula 1 nə vaxt olacaq? - Tarixlə bağlı danışıqlar aparılacaq

Formula 1 Azərbaycan Qran Prisinin növbəti dəfə hansı tarixdə keçirilməsi ilə bağlı danışıqlar aparılacaq.

Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Formula 1 rəhbərliyi ilə bununla bağlı danışıqlar aparılacaq: "Biz istəyirik ki, iyun ayında keçirilsin, lakin bununla bağlı hələlik dəqiq qərar verilməyib. Bir şey bəllidir ki, gələn il mütləq olaraq Qran Pri keçiriləcək, sadəcə onun tarixi hələ məlum deyil, danışıqlar nəticəsində müəyyən olunacaq”.

Şöbə rəhbəri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Formula 1 Azərbaycan Qran Prisi bu il aprel ayına keçirilmişdi: "100 illiklə bağlı Azadlıq meydanında tədbirlər keçiriləcək və ona görə Pit binası sökülməli idi. Başqa tədbirlərə mane olmamaq üçün biz təklif etdik ki, bu il Formula 1 aprel ayında keçirilsin, amma növbəti il iyun ayında keçirmək istəyirik”.

Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçirilib. "Mercedes" komandasının pilotu Lyuis Hemilton Qran Prinin qalibi olub.