adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 May 2018 23:40
35566
LAYİHƏ
A- A+

KÜRDƏMİR: YENİ ZƏFƏRLƏRƏ DOĞRU

(əvvəli ötən sayımızda)

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iribuynuzlu mal qaranın sayı 66,3 min başı, qoyun keçilərin sayı 134,5 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I rübündə 2076 tondan çox ət, 10666 ton süd, 7 milyon ədəd yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ət istehsalı 0,5 faiz, süd istehsalı 16,6 faiz və yumurta istehsalı isə 84,4 faiz artmışdır. Dövlət Proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2018-ci ilin 3 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir.
Hesabat dövrü ərzində rayon ərazisində müxtəlif diametrli 931 p/m-ə qədər qaz xətləri təmir edilmiş və yaxud yenisi ilə əvəz edilmiş, 176 ədəd qaz tənzimləyicilərinə hər ay texniki xidmət göstərilmişdir. Rayonun Mollakəd kəndində təbii qazın verilməsi ilə əlaqədar son tamamlama işləri aparılır, yaxın günlərdə kəndə qazın verilməsi planlaşdırılır. Muradxan kəndində isə abonentlərin sayğaclarının qoyulması işləri yekunlaşmaq üzrədir. Qarasu kəndində işlərin 40 faizindən çoxu həyata keçirilmiş, hal-hazırda tikinti işləri davam etdirilir. Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 2018-ci ilin birinci rübündə 35/10 kv-luq Pirili yarımstansiyasında yağ açarları cari təmir olunmuş, Sor-Sor kəndində yenidənqurma işləri ilə əlaqədar hazırda bütün elektrik sayğacları yeni müasir elektron tipli sayğaclarla əvəz olunur. Rayonda birinci rübdə 250 ədəd 10 kv-luq və 0,4 kv-luq dəmir dayaqlar əkilmiş, Atakişili, Pirili, Axtaçı-Qarabucaq, Şilyan, Şüşün və Sor-Sor kəndlərində 8147 metr açıq naqillər SİP kabellə əvəz olunmuş, 334 abonentin sayğacları müasir tipli elektron sayğaclarla əvəz olunmuşdur. Dövlət proqramına uyğun olaraq 2018-ci ilin birinci rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2018-ci ilin birinci rübündə şəhərə gələn mərkəzi su xətlərində müxtəlif siyirtmələr yenisi ilə əvəz edilmiş, küçə xətlərində su sızmalarının qarşısı alınmış, xətt boyunca təmir işləri həyata keçirilmişdir. 2018-ci ilin birinci rübündə şəhərin H.Əliyev və Bakı prospektləri, H.Aslanov, M.Ə.Sabir, İ.Məmmədov, Koroğlu, Nizami küçələrindəki, Aran qəsəbəsindəki və Hərbi şəhərciyin ərazisində mərkəzi kanalizasiya xətti təmir edilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuş, çırkab suların rayon ərazisindən çıxarılması məqsədi ilə yeni xətlər çəkilmiş, nasos stansiya tam saz vəziyyətə gətirilmişdir. 2018-cı birinci rübündə 24353 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 147079 manat su pulu yığılmışdır. 2018-ci ilin 3 ayı ərzində rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış, ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli Sərəncamına əsasən Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çərtəyəz kəndində 56 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 mart tarixli Sərəncamına əsasən Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Bağman kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin, Öyləqulu və Təklə kəndlərində isə hər biri 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuş, hazırda həmin məktəblərin tikintisinə torpaqayırma və icazə sənədləri hazırlanır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının 2018-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin İ.Məmmədov küçəsində yerləşən 40, 61 və 65 saylı çoxmənzilli ictimai yaşayış binalarında 880 m2 dam örtüyü dəyişdirilmiş, 960 m2 sahədə divarlar suvanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə "Xalça istehsalı emalatxanası"nın tikintisi planlaşdırılmış, torpaqayırma sənədləri hazırlanaraq təsdiq edilmiş, hər iki layihə üzrə tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin yerli əhəmiyyətli kənd yollarının əsaslı təmiri və yenidən qurulmasına dair sərəncamı ilə əlaqədar rayonun 37,2 km-lik Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinə başlanılmış, cari ilin birinci rübündə 21 saylı Yol İstismarı MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xətti ilə həmin avtomobil yolunun 30 km hissəsi buldozerlə xışlanmış, çökmüş yerlərə çınqıl tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirmə işləri aparılmışdır. Hazırda yerli əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli, Pirili-Muradxan-Sor-Sor və Şıxımlı kənd avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilin fevral ayının 10-dan rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Əhalinin tibbi müayinəsi Kürdəmir rayon Mərkəzi Xəstəxanasında, Poliklinika şöbəsində, 2 kənd sahə xəstəxanasında və 6 həkim məntəqəsində aparılır. Kənd əhalisinin tibbi müayinədən keçirilməsi üçün 8 həkim briqadası yaradılmışdır. Bu günə kimi rayon üzrə 68815 nəfər tibbi müayinədən keçirilmişdir. Onlardan 6351 nəfəri ambulator, 227 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 119 nəfəri Bakı şəhərinə göndərilmiş, 6 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Rayon fəallarının və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmiş, Cənab Prezidentin xarici və daxili siyasətini, bölgələrə etdiyi səfərləri, sərəncam və fərmanları haqqında geniş təbliğat işləri aparmışlar. Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini qurumlarla işin təşkili daim nəzarətdə saxlanılmış, "Dini etiqad azadlığı haqqında" qanunun tələblərinin pozulmaması məqsədi ilə müvafiq tədbirlər görülmüşdür.
Dövlət başçısı Cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə mart ayında 40 şagirdimiz Gəncə-Göygöl-Şəmkir istiqamətində "Ölkəmizi tanıyaq" tur aksiyasında iştiak etmiş, ölkəmizin görməli yerləri ilə tanış olmuşlar. Hesabat dövründə gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval-ruhiyyəsində təşkil olunmuş, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin artırılması məqsədi ilə "Açıq qapı" günlərində hərbi hissələrə səfərlər edilmişdir. 2018-ci ilin "Cümhuriyyət ili" elan edilməsi ilə əlaqədar olaraq məktəblərdə aidiyyəti təşkilatlarla birgə müxtəlif mövzularda tədbirlər keçirilmişdir. "Umumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası zamanı rayonumuzda 2018-ci ilin birinci rübündə 12 min müxtəlif ağac və gül kolları əkilmişdir.
Məruzə ətrafında çıxış edən rayon Su-kanal idarəsinin rəisi Arzu Şahbazov, rayon Elektrik şəbəkəsinin rəisi Fərid Daşdəmirli, Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Salmanov 2018-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı danışmışlar.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı.