adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2018 17:01
12009
İDMAN
A- A+

Şahmat turnirində qaliblər bilindi

Mayın 10-da "Azərbaycan" nəşriyyatının Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiyasiyasının dəstəyi ilə kütləvi informasiya vasitələri təmsilçiləri arasında ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. 

Adalet.az xəbər verir ki, açılışda "Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov jurnalistləri salamladı və dünya səviyyəli siyasətçi və görkəmli dövlət başçısı, ulu öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, xüsusən də şahmatın inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayaraq bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Sonra Azərbaycan veteran şahmatçıların sədri Tofiq Ağayev Şahmat Federasiyasının Prezidenti Elman Rüstəmovun iştirakçılara və təşkilatçılara təbrikini və öz hədiyyəsini təqdim etdi.

Mərasimdə çıxış edən Afiq müəlim bu turnirin artıq 22-ci dəfə keçirildiyini, bu dəfə 9 mətbuat orqanından 14 şahmatçının qeydiyyatdan keçdiyini və KİV əməkdaşlarının vaxt azlığını nəzərə alaraq, turnir "rapid” (hər oyunçuya 15 dəqiqə vaxt ayrılır) üsulu ilə keçirildiyini qeyd etdi. Oyunlara 29 aprel tarixində Respublika Şahmat Mərkəzində beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin hakimliyi ilə turnirə qatıldığını bildirdi. Qaliblər yalnız axırıncı, 9-cu turdan sonra müəyyən edildi. Nəticədə "AzərTAc”ın əməkdaşı Ramiz Quliyev, "Metro” qəzetindən Rövşən Abbasov, "Azxəbər.com”un əməkdaşı Mehdi Abbasov və "Sport-24.az”ın əməkdaşı Ceyhun Əliyev eyni miqdarda 7 xal topladılar. Adətən belə hallarda qalib FİDE-nin qaydalarına görə əmsallar cədvəlindən istifadə etməklə müəyyən olunur. Bu dəfə əmsallar da eyni olduğundan 4-ü də qalib hesab olundu. Qalan yerləri 6 xalla Veteran jurnalist Tofiq Ağayev və "Azərbaycan” qəzetindən Ağəli Məmmədov, "AzərTAc”ın müxbirləri Elvin Camalov, Samirə Allahverdiyeva, "MOK” Cəmaləddin Rəhmanov, "Olimpiya dünyası” Azər Əlizadə, "Seçmə” qəzetindən Fikrət Məmmədov və s. təltif olundular.

Sonda "Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov hədiyyələri təqdim etdi.