adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 May 2018 16:37
10295
DÜNYA
A- A+

İsraillə İran Suriyada qarşı-qarşıya gəldi

Yaxın Şərqdə gərginlik durmadan artır.

Adalet.az xəbər verir ki, İsrail və İran arasında gərginlik azalmaq bilmir. BBC-nin Yaxın Şərqdəki redaktoru Ceremi Boven açıqlmasında bildirib ki, bu artıq birbaşa İsrail və İranın müharibəyə səbəb olan məsələdir.

ABŞ-ın İranla nüvə anlaşmasını ləğv etdikdən bir gün sonra İsrail və İran qüvvələri bir-birinə hücum etdi. Gün ərzində bir dəqiqə də olsun gərginlik səngiməyib. İsrailin tutduğu Holan təpələrində dəqiqələr öncə çəkilən fotoşəkillərdə yan-yana düzülən tanklar gözə çarpır. İlk hücum xəbəri gecə yarısı, təxminən gecə saat 02:00- da İsraildən gəlmişdi. Belə ki, İran cəbhəsi onların olduğu mövqelərə 20 roket zərbəsi endirib. Təl-Əviv rəhbərliyinin açıqlamasında qeyd olunur ki, hücum əmrini İnqilab Mühafizəçiləri Ordusunun komandanı Qasım Süleymani verib.

Bəhs etdiyimiz hücumlara İsrail tərəfi səhər radələrində cavab verdi. Rusiya İsrailin 28 hərbi təyyarəsini havaya qaldırdığını, 70 raket atəşi açdığını qeyd edir.

İsrail ordusu Suriyada vurduğu əraziləri göstərmək üçün xəritə hazırlayıb. İsrailin Baas şəhərinə ağır artilleriya ilə atəş açdığı deyilir. Mərkəzi London olan Suriya İnsan Haqları Müşahidə Şurası İsrailin hücumları zamanı 23 nəfərin öldüyünü açıqlayıb.

Ceremi Boven məsələnin daha da böyüyə və tərəflər arasında gərginliyin pik səviyyəyə çata biləcəyini bildirib.

Dəməşq rəhbərliyi isə İsrailin atdığı roketlərin hamısının zərərsizləşdirildiyini açıqlayıb. Həmin görüntüləri video ilə yayımlayıb. Rusiya Müdafiə Nazirlıiyi roketlərin yarısından çoxunun özləri tərəfindən zərərsizləşdirildiyini iddia edir.