adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2018 16:24
9150
İDMAN
A- A+

“Qrizmanna görə 100 milyon avro azdı”

"Atletiko”nun hücumçusu Antuan Qrizmannın komandadan ayrılacağı barədə xəbərlər yayılıb. Onun yayda 100 milyon avroya "Barselona”ya transfer olacağı ehtimallar daxilindədi. 

Adalet.az "Marca”ya istinadən məlumatına görə, Filipe Luis fransız komanda yoldaşı haqqında çıxan iddialara münasibət bildirib.

Onun fikrincə, 100 milyon avro Qrizmann kimi bir oyunçu üçün aşağı məbləğ hesab olunmalıdı: "Qrizmanna görə 100 milyon avro azdı. Biz onun gedişi barədə düşünmürük. Getmək istəsə belə, bunu hamımızın qazanmaq niyyətində olduğu Avroliqa finalından sonra etməsi məqsədə uyğun olar. Digər məsələlər artıq bundan sonra müəyyənləşəcək”.

Filipe Luis Qrizmannın komandada qalmasını istəsələr də, yekun qərarın özlərindən asılı olmadığını əlavə edib.

"Dediyim kimi, bu məbləğ onun üçün nisbətən azdı. Nəzərə alsaq ki, mövsümü yaxşı notlarla başa vura bilərik, o zaman 100 milyon daha da dəyərini itirir. Qrizmann "Atletiko” üçün önəmli oyunçudu, ancaq hər şeyi təkcə o, həll etmir. Biz də ona öz oyununu nümayiş etdirə bilməsi üçün köməklik edirik. Qrizmannın komandada qalmasının tərəfdarıyıq, ancaq onun taleyi bizim istəyimizdən asılı deyil” – deyə, Luis qeyd edib.