ANA SƏHİFƏ / TEXNOLOGİYA

Elektron çıxarışları onlayn yoxlamaq olar

12225    |   2018-05-10 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar "Elektron hökumət” portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Adalet.az-a bildirilib ki, xidmətin istifadəsində məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir. Belə ki, əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər. Ancaq indi vətəndaş mülkiyyət sənədini gətirmədən, notarius bu xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub-olmadığını yoxlaya bilir.

Həmçinin bu xidmət alqı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini rahatlıqla dəqiqləşdirə bilər. Mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla alqı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması işini davam etdirəcək.



İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK