Xəzərin statusuna dair yekun konvensiya avqustda təsdiqlənə bilər
"Hazırda ekspertlər səviyyəsində intensiv iş aparılır. Rusiya istəyir ki, Astanada Xəzəryanı dövlət başçılarının avqusta planlaşdırılan sammiti nəticəyönümlü olsun və Xəzərin hüquqi statusuna dair yekun Konvensiya prezidentlər tərəfindən imzalansın”
Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Konvensiyanın təsdiqlənməsilə bir neçə onilliklər boyunca bölgənin sabitliyi və Xəzəryanı 5 dövlətin Xəzərdə ekoloji və iqtisadi sahələrdəki fəaliyyəti müəyyənləşəcək:
"Xəzər beşliyi mürəkkəb məsələlərin həllinə sərbəst, konstruktiv yanaşmağa, konvensiya bağlamağa və irəliyə doğru əməkdaşlığa qadirdirlər”- deyə Karasin vurğulayıb.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06