adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 May 2018 13:10
9581
SİYASƏT
A- A+

Azərbaycanın diaspor təşkilatlarında canlanma yaranıb

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra xarici ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatlarında da canlanma müşahidə edilməkdədir. Fuad Muradovun sədr postuna gətirilməsilə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlıların daha mütəşəkkil təşkilatlanması və diaspor qurumları arasında əlaqələrin nizama salınması istiqamətində ciddi addımlar atılacağı gözlənilir. Eyni zamanda, Dövlət Komitəsinin rəhbərliyindəki dəyişikliklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yeni mərhələnin başlanacağı qeyd olunur.


Dünyanın 5 qitəsinə səpələnmiş soydaşlarımız yaşadıqları ölkələr, oradakı siyasi, iqtisadi və sosial-mədəni fəaliyyət sahəsində yaranan problemlərin həlli üçün Diaspor Komitəsinin indiyədək gözdən pərdə asmaq naminə təşkil etdiyi tədbirlərin daha əhəmiyyətli, həlledici addımlarla əvəzlənəcəyinə ümidlidirlər.


Hələ Nazim İbrahimovun sədrliyi dövründə dövlətin diaspor quruculuğuna dəstəyi üçün hər il büdcədən vəsait ayrılırdı. Lakin Prezident Adminstrasiyasının ( PA) rəhbəri Ramiz Mehdiyevin də açıqladığı kimi, ayrılan vəsait təyinatı istiqamətində xərclənmirmiş...


Bugünədək hansısa tədbilər üçün beş-on nəfərin toplaşıb-dağılışmasına şahidlik edən diaspor təşkilatlarının rəhbərləri indi fərqli düşünürlər. Onlar Azərbaycan diasporunun erməni diasporu və onu himayə edən qüvvələrin antiazərbaycan fəaliyyətinə qarşı güc mərkəzinə çevriləcəyinə əminliklərini ifadə edirlər.