adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 May 2018 13:06
6598
SİYASƏT
A- A+

“Heydər Əliyev müqəddəs kitab kimidir” – Zahid Oruc

"Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətərin yalnız doğum günü var. Çünki, belə şəxslər ölmür”.

Adalet.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Heydər Əliyevin 95 illik yubileyi bir-birinə bağlıdır.

"Əgər ulu öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik. Ulu öndər Heydər Əliyev milləti xilas edib. Bu doğrudur. Amma biz minlərlə insan tanıyırıq. Onlarla söhbətdə anlayırıq ki, ümummilli lider həmin şəxslərin şəxsi həyatında iştirak edib”.

Z. Oruc qeyd edib ki, Heydər Əliyev öz sistemi olan adam idi.

"Heydər Əliyev müqəddəs kitab kimidir. Çünki bu kitabı hər dəfə oxuduqda, yenidən dərk etməyə başlayırsan. Ümumilli liderə xəyanət edənlər uğur qazan bilmədi. Ümummilli liderin yolu nə vaxt qırıldısa, Azərbaycan bunda əziyyət çəkdi. Bu, ulu öndərin hakimiyyədən gedişi və yenidən qayıdışı dövrünə təsadüf edir. Gələcəkdə də ola bilər ki, Azərbaycana Əliyev soyadında adam rəhbərlik etməsin. Amma Heydər Əliyevin siyasi kursu hər zaman yaşayacaq”.(modern.az)