ANA SƏHİFƏ / MARAQLI

Filmlər haqqında 20 maraqlı məlumat

3854    |   2018-05-10 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İzlədiyimiz filmlərin çəkiliş prosesləri, maliyə xərcləri, aktyorları haqqında maraqlı məlumatlar oxucuya həmişə maraqlı gəlir. Bu yazıda filmlər haqqında topladığımız ümumi maraqlı məlumatlarını diqqətinizə çatdırmaq istədik. 










1. "Jurassic Park” filmindəki dinozavr səsləri tısbağaların cütləşmə prosesində yazılan səsləridir.


2. 1929-cu ildən əvvəl çəkilmiş Amerika filmlərinin 90 faizindən çoxu itib və heç bir sürəti qalmayıb.


3. "Xaç atası” filminin originalında "mafiya” sözündən həqiqi mafiyanın istəyi ilə heç istifadə olunmayıb.


4. Film fraqmanları əvvəllər filmlərin nümayişindən sonra göstərilirdi.


5. "Paranormal Aktivite” filminin maliyəsi 15 min dollardan az idi, ancaq film 193 milyon dollar gəlir gətirmişdi.


6. Titanik filminin büdcəsi əsl Titanik gəmisinin maliyyəsindən daha çoxdur.


7. Brus Linin hərəkətləri o qədər sürətli idi ki, tamaşaçıların hərəkətləri görə bilməsi üçün bəzi səhnələr filmin çəkilişindən sonra yavaşladılmışdı.


8. Film salonlarında popkorn yemək adəti Amerikadan yayılıb.


9. Nigeriyada hər il Amerikadan daha çox film çəkilir.


10. Film və seriallarda zamandan zamana səyahət Çində qadağan olunub.


11. 2014-cü ildə nümayiş etdirilən "Qodzilla” filmində Qodzilla sadəcə, 8 dəqiqə görünüb.


12. Sandra Bullok bir həftədə həm Oskar mükafatını, həm də Golden Raspberry (ən pis film) mükafatını alıb.


13. 1976-cı ildə çəkilən "Rokki” filmi sadəcə 28 gündə çəkilib.


14. Brus Villis aktyor olmamışdan qabaq xüsusi agent kimi işləyirdi.


15. "İncil" filminin çəkilişlərində Yahudanı oynayan iki aktyor Yahudanın asılması səhnəsində səhvən özlərini həqiqətən də asıb öldürüblər.


16.”Xaç atası” filmində istifadə olunan at başı həqiqi idi.


17. Arnold Şvarsneqr "Terminator 2” filmində dediyi hər kəlmə üçün 21.429 dollar pul alıb.


18. Çarli Çaplin "Oskar” mükafatını alanda 12 dəqiqə dayanmadan alqışlandığı üçün "Oskar” tarixində "ən çox alqışlanma” rekordunu qırıb.


19. Çarli Çaplinin Hitleri ələ saldığı bir filmi öz pulu ilə çəkilib. Çünki Hollivud belə bir filmin sadəcə, pul itirməyə səbəb olacağını düşünürdü. Amma yanılmışdılar.


20. Keanu Rives 114 milyon dollarlıq maaşının 80 milyon dollarını "Matrix” filmindəki xüsusi effektlərə və qrim ustalarına xərcləmişdi.




İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK