Faiq QİSMƏTOĞLU: QARĞA SƏSİ

FAİQ QİSMƏTOĞLU
51269 | 2018-05-10 12:57

… Dünyada bütün səslərgözəldi. Hətta qarğanın da səsi qəşəngdi. Ancaq bülbül cəh-cəh vuranda, bülbüloxuyanda istər-istəməz qarğanın səsi o səsin şirinliyində, məlahətində itib batır,əriyir və yoxa çıxır. Və bir də görürsən ki, artıq həmin qarğa ağacdan uçub gedibvə onun yerində cəh-cəh vuran bülbüllər qalıb…

Axıdedik, hər bir canlının səsi var. Və o cümlədən insanların da bir-birinə bənzəməyənsəsləri olur. Amma bəzən görürsən ki, bülbülkimi cəh-cəh vuran müğənni qalır «oyundan kənar» vəziyyətdə, qarğa kimi səs çıxaranlarefirlərdə meydan sulayır – o kanal sənin, bu kanal mənim! Və bəzən elə olur ki, orta bir səsi olan müğənni eynivaxtda bir kanalda canlı çıxış edir, o biri kanalda isə əvvəl çəkilmiş verilişdəəlinə mikrofon götürüb oxuyur. Və oxuduğu da bir şey olsa adamı yandırmaz. Yəninə mahnının musiqisi yönlüdü, nə sözləri normaldı, nə də ifa yetərincə deyil. Noolsun,bu cür müğənnilər üçün çoxlarının lap ürəyi gedir.. Hansı toya gedirsən görürsənki, televiziyalarda reklam olunan müğənnilər at oynadır. Özü də elə-belə qiymətəyox ha, lap əməlli-başlı baha qiymətə. Yəni yarım saatı Bakı toylarında üç min manat,bütöv toy isə altı min manat!

Özü də canlı oxumurlarha! Görürlər ki, toy sahibinin başı qonaq-qaraya qarışıb canının hayındadı və odəqiqə bundan istifadə edən bəzi müğənnilər başlayır fonoqramma oxumağa. Bu millətdə nə toyda tamadaya qulaq asır, nə danışanıdinləyir, nə də fonoqramma oxuyan mütənniyə fikir verir…

Məsələn, mənim SəmədSəmədovun toy aparmasına heç bir sözüm yoxdur. Demək olar ki, toyda şou yaradır,canlı ifalar edir və həddindən artıq maraqlı gedişlər eləməyi bacarır. Ancaq SəmədSəmədovun xətrinə dəyməsin, onun ifa etdiyimahnıların və musiqilərin böyük sənətə heçbir dəxli yoxdur. Düzdür, ona «toylar kralı» da deyirlər və bayaq dediyimizkimi apardığı toyların tayı-bərabəri də ola bilməz. Amma inciməsin, 10-20 ildən sonra Səməd Səmədov böyüksənətkarlar kimi xatırlanmayacaq. Çünki sənətkar deyəndə müsiqi aləmində yadımızaSeyid Şuşunski düşür, Xan əmi düşür, Rəşid Behbudov düşür, Yaqub Məmmədov düşür,Qədir Rüstəmov düşür, İslam Rzayev düşür, Arif Babayev düşür, Əlibaba Məmmədov düşür…Bax, bunlar sözün həqiqi mənasında korifey sənətkarlardır.

Bu yaxınlarda ZaurKamalın «Xəzər» televiziyasındakı «5/5» verilişinəRəqsanə İsmayılova dəvət edilmişdi. Və onu da qeyd edək ki, Rəqsanə xanım sevilənmüğənnilərdəndi. Vaxtilə onun ifa etdiyi sözləri Telli Pənahqızına məxsus olan«İnanımmı» mahnısı dillər əzbəriydi. Hətta o mahnını Türkmənistanın prezidenti həddindənçox xoşlamışdı.

Bunlar hamısı çoxgözəl. Amma Zaurun verilişində bir məqam məni çox narahat etdi. Orda Şövkət Ələkbərovanınşəkli göstərildi. Aparıcı soruşdu ki, bu kimin şəklidi? Rəqsanə xanım cavab verdiki, Leyla Bədirbəylinin. Yenidən ekrana ikinci bir şəkil gəldi. Rəqsanə xanım onuda tanımaqda çətinlik çəkdi və sonra da dilləndi ki, bu şəkil Akif İslamzadəninmamasıdı. Bax, belə bir müğənninin Şövkət Ələkbərovanı, Sara Qədimovanı tanımamasıqəbahət deyilmi? Ola bilər hansısa tamaşaçı, böyük sənətkarı tanımasın. Ancaq populyarbir müğənninin iki korifey sənətkarı – Şövkət Ələkbərovanı və Sara Qədimovanı tanımamasıbizim fikrimizcə heç də yaxşı hal deyil...

O da sirr deyil ki,bəzi müğənnilərimizin musiqi savadı olmamaqla yanaşı, elmi dünya görüşləri də yoxdur.Yəni onlar az kitab oxuyublar, çağdaş ədəbiyyatı izləmirlər və öz üzərlərində çalışmırlar.Amma gözəl danışan və gözəl söhbət edən savadlı müğənnilər də az deyil. NiyaməddinMusayev, Təranə Vəlizadə, Faiq Ağayev, Tünzalə Ağayeva həm gözəl ifaları, həm dəgözəl danışıqları ilə tamaşaçıların yaddaşında qalıblar. Və onlar sevilən müğənniolmaqla yanaşı, sevilən də həmsöhbətdilər. Çünki danışanda ağızlarından dürr tökülür…

Bir çox müğənnilərisə sinələrinə döyüb deyirlər ki, mənim sosial şəbəkədə hər hansı bir mahnımı milyondançox tamaşaçı dinləyib. Bu fikrə söz ola bilməz. Ola bilər ki, hansısa müğənniyəbir milyondan çox dinləyici qulaq assın. Məsələn, Talıb Tale və eləcə də Damla tez-tezxatırladır ki, onların milyonlarla sosial şəbəkədə tamaşaçısı var. Bax, buna dasözümüz yoxdur. Amma gəlin görək 10-15 ildən sonra həmin mahnılara yenə qulaq asanolacaqmı? Bu müğənnilərin az-çox istedadları var, həm də zəhmətkeşdilər. Ancaq onlarasənətkar, böyük ifaçı demək bir o qədər də düzgün deyil. Damlanın oxuduqları mahnınıbir vaxtlar Şəfa adlı müğənni də ifa edib və onun yolu bir qədər Şəfanın yolunabənzəyir.

Hər halda, böyükkütlə bu müğənniləri sevirsə, bu kütlənin öz işidi. Bu gün kiməsə demək olmaz ki,sən filan müğənniyə yox, bəhmən müğənniyə qulaq as! Çünki kimin istedadlı, kimin sənətkar olduğuna zaman özü qiymətverəcək. Hələ heç kəs zamanı qabaqlaya bilməyib.

Sadəcə olaraq, hərşey reklamdan asılıdır. Bu gün hər hansızəif toy müğənnisi efirlərdə reklam olunursa, o da gündəmdə qalır. Və böyükəksəriyyət də reklam olunan müğğənini toylara dəvət edir. Gündəmdə olmaq, populyarlıqqazanmaq sənətkar olmaq deyil. Qədir Rüstəmovun «Sona bülbüllər»i yüz il bundansonra da elə həmin «Sona bülbüllər» kimi təravətli, məlahətli və bal kimi şirinolacaq. Çünki o səs qeybdən gələn səsdi… çünki o səs min il bundan sonra da eləbelə bal kimi şirin olacaq, onu dinləyəni,eşidəni götürüb aparacaq bir anlıq Allahın dərgahına. Necə ki, 50 il bundan əvvəlBəhmənlidə xalaoğlu Tərxan məktəbdə qaravolçu işləyəndə hər səhər «Sona bülbüllər»əqulaq asıb Allahın dərgahına üz tuturdu. Necə ki, xalaoğlu Tərxan dünyasını dəyişəndədə «Sona bülbüllər»in «qucağında» Allahın dərgahına qovuşdu…

Səs, musiqi, sözbir-birini tamamlamalıdır. Yəni biri çatışmayanda o dəqiqə o musiqi ya kar olur,ya da lal olur. O müğənni böyük müğənnidir ki, ifa etdiyi mahnının musiqisi də gözəldi,sözləri də və ifa da. Bax, bu böyük sənətdir!..


TƏQVİM / ARXİV