adalet.az header logo
  • Bakı 20°C
10 May 2018 12:27
5667
GÜNDƏM
A- A+

Azərbaycana xoşbəxtlik bəxş edən lider

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır. 1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. H.Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Xalqımız, bu gününü və sabahını ulu öndərimizə borcludur. Çünki, Heydər Əliyev bizim dünənimiz, bu günümüz və gələcəyimizdir. "Azərbaycan” dövlətimizin adı, "Heydər Əliyev” isə soyadıdır. O, dahi şəxsiyyətin sayəsində Azərbaycan dövləti bütün dünyada tanınıb, sayılıb seçilən nüfuzlu ölkələr sırasına qoşulub. Ümummilli liderimizin doğumunun 95-ci il dönümündə Azərbaycan xalqı o tarixi şəxsiyyəti sevgi, sayğı və qürur hissi ilə anır. 

 Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin rəhbəri, şair-publisist