adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 May 2018 12:13
26310
ƏDƏBİYYAT
A- A+

AZƏRKİTAB BİR YAŞINI QEYD ETDİ - FOTOLAR

Azərbaycanda ən böyük kitab mərkəzi olan Azərkitab-Kitab Təbliğatı Mərkəzi özunün bir yaşını qeyd etdi. Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin doğum günündə, onun şərəfinə yaradılmış bu kitab müəssisəsi elə ulu öndərin anadan olmasının 95-ci il dönümündə də özünün ilk yaşını qeyd etdi.

Yasamal rayonu füsünkar guşəsində yerləşən Mərkəzin bayram törəninin açılışına ona yaxın millət vəkili, nazirlik və digər dövlət orqanlarının rəhbərləri, tanınmış yazıçılar və elm adamları toplanmışdı. Açılış mərasimində ilk çıxış edən Azərkitab-Kitab Təbliğat Mərkəzi"nın layihə rəhbəri Sabir Həsənov bu möhtəşəm layihənin ideya müəllifi olduğu ulə fəxr etdiyini bildirdi: - elmin sirlərinə məhz kitabla, mütaliyə yolu ilə yiyələnmək olar. Azərkitabın məhz bu tarixdə fəaliyyətə başlaması təsadüfi deyil. Ümummilli liderimiz Heydər Əliyev doğum günü ilə eyni vaxtda fəaliyyətə başlamaq bizim üçün şərəf, həm də böyük məsuliyyətdi. Hər dəfə Azərkitabın qapılarından içəri daxil olanda ulu öndərin bu sözləri daima qəlbimdə döyünür "kitab ictimai sərvətdir". Onu təbliğ etmək gənclərin başlıca vəzifəsi olmalıdır. "Biz neft kapitalını insan kapitalına çevirməliyik" sözünü söyləyən prezident İlham Əliyevin siyasətini yerinə yetirmək üçün var qüvvəmizlə çalışırıq.


Millət vəkili Əflatun Amaşov, Aqil Abbas, Hadı Rəcəbli, Jalə Əliyeva, ziyalılardan Sabir Rüstəmxanlı, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər çıxış edən natiqlər Azərkitab Kitab təbliğatı mərkəzinin inkişaf etmiş ölkələr səviyyədə qurulmasından, itməkdə olan kitaba marağın bərpasında bu Mərkəzin önəmli rolundan danışdılar.


Ulu öndər hər zaman çalışırdı ki, ölkəmiz təkcə kənd təsərrüfatə, sənaye respublikası kimi tanınmasın. Elmin tərəqqinin inkişafı, möhtəşəm ixtiraların mənbəyi olan əlahəzrət KİTAB ölkəmizdə sevilməli, insanların mütaliyə həvəsi artmalıdır. Bunun üçün də inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də Kitab Evlərinin olması vacibdir. Ulu öndərin ideya və tövsiyyələrini ləyaqətlə yerinə yetirdiyinə görə Azərkitab Kitab təbliğatı mərkəzinin layihə rəhbəri Sabir Həsənovga və onun kollektivinə minnətdarlığımızı bildidirik.


Azərkitab Kitab təbliğatı mərkəzinin direktoru Misirxan Həsənov çıxış edərək ölkənin tanınmış ziyalıların onların əməyinə verdiyi müsbət qiymətə görə onlara minnətdarlığını bildirdi. M. Həsənov bundan sonar da yüksək əzmlə çalışacaqlarını, dövlətin onlara göstərdiyi etimadı doğruldacağına söz Verdi.


Tədbir nanınmış incəsənət ustalarının rəngarəng çıxışıə ilə davam etdi. Qeyd edək ki, Azərkitabın yubleyi münasibəti ilə təşkil olunmuş kitab bayramında ölkənin 20-ə yaxın nəşyiyyatı və kitab müəssisəsi iştirak edərək yeni kitablarını oxuculara təqdim edirdilər.