adalet.az header logo
  • Bakı 20°C
10 May 2018 11:10
14913
MƏDƏNİYYƏT
A- A+

ƏSA teatrı ABŞ-ın nüfuzlu mükafatına layiq görülüb

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv "ƏSA” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir.

Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən "Konqres mükafatı”na layiq görülüb.

Adalet.az xəbər verir ki, teatrın baş meneceri Nicat Qulamın Kulis.az-a verdiyi açıqlamaya görə, böyük nüfuza malik olan mükafat "ƏSA” Teatrına "Open World” proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək "Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edir. Sabah "ƏSA” Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq