adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 May 2018 16:53
12830
DÜNYA
A- A+

Çin də ABŞ-a etiraz etdi

Çin ABŞ prezidenti Donald Trampın İranla nüvə anlaşmasından çıxmaq qərarına təəssüf edir.

Adalet.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan bu gün keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, Vaşinqtonun qərarına baxmayaraq, rəsmi Pekin bundan sonra da İranla olan nüvə sazişinin tam icrasına davam edəcək.

Çinin İranda rəsmi səfərdə olan Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Honq Syaoşen isə görüşlərdən sonra keçirdiyi mətbuat konfransında nüvə sazişini qüvvədə saxlamağa və fikir ayrılıqlarının dialoq vasitəsilə həllinə çağırış edib. Onun sözlərinə görə, İranla olan nüvə anlaşması nüvə silahlarının yayılmaması üzrə beynəlxalq sistemi dəstəkləməkdə mühüm rol oynayan çox vacib sənəddir.

"İranla nüvə sazişi, xüsusən də, Yaxın Şərqdə sülh və sabitliyə töhfə verir. Məhz buna görə, mövcud sazişin bütövlüyünə riayət olunması vacibdir. İranla nüvə razılaşması heç olmamaqdansa, daha yaxşıdır. Dialoq isə qarşıdurmadan.” - deyə Çin rəsmisi bildirib.

Qeyd edək ki, Çin İranla nüvə sazişini imzalayan altılıq ölkələrindən biridir.