adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 May 2018 12:26
58718
DÜNYA
A- A+

Rusiyada Qələbə paradı keçirilib - Yenilənib - VİDEO

Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 73-cü ildönümü təntənə ilə qeyd edilib.

Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsində qazanılan Qələbə münasibətilə Moskvada hərbi parad keçirilib. Paradı izləmək üçün minlərlə insan Qırmızı meydana toplaşıb. Paradda Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevlə yanaşı bir çox dövlət rəsmiləri iştirak ediblər.

13 mindən çox hərbçi, 159 döyüş texnikası, 75 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə naziri prezidentə bütün növ qoşunların məruzə etdikdən sonra hərbi parad başlayıb. Öncə hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri parada çıxıb.

Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da paradda iştirak ediblər.

Rusiya Silahlı Qüvvələrinin quru, hava və dəniz qoşunları, xüsusi təyinatlılarının iştirak etdiyi paradda "Smerç” reaktiv yaylım sistemləri, "Pantsir-S” və "S-400" zenit-raket kompleksləri, "İsgəndər-M” raketləri kimi silah və hərbi-texnika nümayiş olunub. Parad eyni zamanda Rusiya ordusunun gücünü nümayiş etdirmək məqsədi daşıyıb. Moskva ilə yanaşı, Rusiyanın müxtəlif şəhərlərində də hərbi paradlar keçirilib.(azvision.az)