adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 May 2018 11:42
5036
MƏMLƏKƏT
A- A+

Bu gün Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

Bu gün Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları olacaq.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Orkestrlər şəhərin müəyyən edilmiş 5 nöqtəsində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Fəvvarələr meydanında.