adalet.az header logo
  • Bakı 13°C
08 May 2018 22:03
36359
LAYİHƏ
A- A+

KÜRDƏMİR: YENİ ZƏFƏRLƏRƏ DOĞRU

"...Kənd yollarının tikintisi gedir. Həm dövlət büdcəsindən, eyni zamanda, prezidentin ehtiyat fondundan vəsait ayrılır. İndi işlər gedir. Bir neçə kəndi birləşdirən yollar tikilməkdədir. Gələcəkdə bu layihələrə də əlavə vəsait ayrılacaqdır". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ümumi inkişafı ilə əlaqədar söylədiyi bu sözlər ildən-ilə dəyişən və müasirləşən Kürdəmir rayonuna aiddir. Kürdəmirlilər böyük hörmət bəslədikləri icra başçısı Ceyhun Cəfərovun abadlıq və tikinti-quruculuq, müasirləşmə çağırışına elliklə qoşularaq əsl birlik nümunəsi göstərirlər. Rayon həyatının bütün istiqamətlərində xoş bir dönüş, qaynarlıq, həvəs və coşqu yaşanmaqdadır. Doğma Azərbaycanımızın müstəqilliyə qovuşduqdan sonrakı sürətli inkişafı fonunda bu, artıq elə də təəccüblü görünmür. Kürdəmir rayonu, onun mərkəzi müasirləşmənin vacib elementləri ilə yanaşı, həm də mövcud şəhər biçiminin çoxillik ənənələri ilə inkişaf edir.
Ölkənin hər yerində olduğu kimi Kürdəmir rayonunda da 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq xüsusi bir təntənə ilə davam etmişdir. İclasda geniş məruzə ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, 2018-ci il 11 aprel tarixdə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Prezident seçilmişdir. Kürdəmirlilər 11 aprel tarixdə keçirilən Prezident seçkilərinə əsl bayram əhval-ruhiyyəsində çıxmış və 86,1 faiz səslə Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına səs vermişlər. Azad, ədalətli, şəffaf keçirilən seçkilərdə bütün Azərbaycan xalqı kimi kürdəmirlilər də bugünkü xoş güzaranı onlara bəxş edən insana, hər bir azərbaycanlının Prezidentinə, iqtisadi inkişafa, sabitliyə, xoşbəxt gələcəyə, sülhün və əmin-əmanlığın qarantına, İlhamlı sabahlara səs verdilər. Rayon rəhbəri diqqəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 9 aprel tarixli iclasına çəkərək Cənab Prezident müşavirədə 3 ayda ölkəmizin uğurla inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini, ölkəmizin gücləndiyini, hərtərəfli inkişaf etdiyini, bu müsbət dinamikanın ilin sonuna qədər saxlanılacağını və artırılacağını vurğuladığını qeyd etdi. Cənab Prezident qeyd etmişdir ki, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektoru 3 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 4,2 faiz atmış, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuş və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Valyuta ehtiyatlarımız birinci rüb ərzində 2,2 milyard dollar artaraq 44,2 milyard dollara çatmış, xarici ticarət dövriyyəmiz 31 faiz, ixrac 37 faiz, ümumi ixrac 24 faiz, qeyri-neft ixracımız isə 37 faiz artmışdır. Birinci rübdə 34 min yeni iş yerləri yaradılmış, onlardan 31 mini daimi iş yerləridir.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 5,5 faiz artaraq 70 958,6 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 51,8 faizi istehsal sahələrində, 48,2 faizi xidmət sahələrində olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin birinci rübündə 239 nəfər işlə təmin olunmuşdur ki, bundan 229 nəfəri daimi işlə təmin olunanlardır. Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 3 ayında 325 nəfər müvəqqəti işlə təmin olunmuşdur. Cənab Prezidentin diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar əhalinin bu proqrama cəlb olunması məqsədi ilə təlim kurslarına başlanılmışdır. Təlim kurslarında öz biznes ideyaları əsasında biznes plan hazırlayıb uğurla müdafiə edən təlim iştirakçılarından 90 nəfərinin kənd təsərrüfatı və xidmət sahələri üzrə aktivlərlə təmin olunması planlaşdırılır. Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır. Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun inkişafına diqqət daha da artırılmışdır. Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 16072 hektarda buğda, 28642 hektarda arpa olmaqla cəmi 45039 hektar sahədə dənlik taxıl əkilmişdir. Taxıl əkinləri 1,4 dəfə suvarılmış, 19000 hektarda ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmış, 38000 hektaradək sahəyə üzvü və mineral gübrələr verilmişdir. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq təşkil olunmuşdur. Hazırda taxıl sahələrinə qulluq edilməsi ilə yanaşı, taxıl biçininə hazırlıq işləri də görülür. Biçinə 41 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 130-dan çox kombayn cəlb edilməsi ilə bağlı iş aparılır, müqavilələr bağlanılır. Kürdəmirdə yazlıq əkinlərinə başlanmış, hazırki vaxta 1300 hektardan çox sahədə yonca səpilmiş, 810 hektardan çox sahədə kartof əkini aparılmış, 1500 hektardan çox tərəvəz toxumu səpilmiş, 1050 hektarda bostan, 60 hektar sahədə şəkər çuğunduru, 92 hektarda günəbaxan əkilmişdir. Yazlıq əkinlərin aparılması mütəşəkkil davam etdirilir. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, 2017-ci ildə əkilmiş 4027 ha sahədən 5001 tondan çox pambıq yığılaraq tədarük olunmuşdur. 2018-ci ildə 5030 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələrin bağlanması təşkil olunmuşdur. Pambıq əkiləcək sahələrdə dondurma şumu əsasən vaxtında qaldırılmış, arat işləri aparılmışdır. Pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənmiş, lazımi hidrotexniki qurğular qurulmuş, suvarma şəbəkələri hazır vəziyyətə gətirilmişdir. Rayonda artıq çiyid səpininə başlanılmış, səpin ilə əlaqədar 39 ədəddən çox səpin aqreqatı sahələrə çıxarılmış, sahələrdə səpin işləri mütəşəkkil davam etdirilir. Rayonda əkinçilik üçün əlverişli olan 14600 hektar otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə qatılmışdır. Bu torpaqlarda artıq 5 aqropark yaradılmış, aqroparklar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin görülməsi sahəsində işlər aparılır. Bu il artıq bu torpaqların 2800 hektarında taxıl əkilmiş, 2040 hektarında pambıq, 1200 hektarında qarğıdalı, günəbaxan və sairə yazlıq əkinlərin aparılması nəzərdə tutulur. Rayonda 2017-ci ildə 11512 kq barama istehsal edilmiş, bu işlə 650 nəfər olmaqla 159 ailə məşğul olmuşdur. 2018-ci ildə 20 tondan çox barama istehsalı nəzərdə tutulmuşdur. Barama istehsalı ilə məşğul olacaq kümçülər müəyyən edilmiş, kümçülərin siyahıları tərtib edilmiş, kümxanalar hazırlıq vəziyyətinə gətirilmişdir. Tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir. Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür. Bu ilin birinci rübündə aidiyyəti təşkilatlar tərəfindən 235 km kanal və 62 km dren şəbəkəsi lildən təmizlənmiş, 73 hidrotexniki qurğu, 6 nasos kompleksi, 1,4 km beton kanal əsaslı təmir olunmuşdur.
Rayonun Şilyan massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar 11 km-lik "Şilyan" kanalında genişləndirmə işləri başa çatdırılmış, Kür çayı sahilində inşa edilmiş nasos stansiyasında 2 ədəd elektik su nasosu quraşdırılmış, onlardan 1 ədədinin işə buraxılması üçün xətt və elektrik nasosu tam hazır vəziyyətə gətirilmişdir. 14 km-lik "Muradxan" kanalında torpaq əsasın tikintisi başa çatdırılmış, betonlanması işi davam etdirilir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun Axtaçı-Qarabucaq, Qoçulu, Garıs-Əyribənd və Bağman kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə cari ilin birinci rübündə modul tipli su təmizləyici qurğuların quraşdırılması işi başa çatdırılmışdır.

(ardı gələn sayımızda)