adalet.az header logo
  • Bakı 20°C
08 May 2018 17:57
11188
DÜNYA
A- A+

İran İraqla sərhədində qoşunları gücləndirəcək

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri İranın İraqla sərhədində yerləşən Xuzistan əyalətində qoşunları gücləndirmək barədə qərar verib.

Trend-in məlumatına görə, hazırda M.Bakeri Xuzistan əyalətində səfərdədir.

Qeyd olunur ki, bu addım İran-İraq sərhədində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə atılıb.