adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 May 2018 17:29
10194
MƏMLƏKƏT
A- A+

Rauf Talışinski ilə vida mərasimi “Təzəpir”də olacaq

"Exo" qəzetinin baş redaktoru,"Əməkdar jurnalist" Rauf Talışinski ilə vida mərasimi sabah keçiriləcək. Mətbuat Şurasından bildirilib ki, mərasim mayın 9-u saat 14:00-dan 15:00-a kimi "Təzəpir” məscidində təşkil olunacaq.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, R.Talışinski bu gün ürəktutmasından dünyasını dəyişib.