warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Akif Çovdarovun qohumları əmlaklarının həbsdən azad olunmasını istədi Adalet.az | Akif Çovdarovun qohumları əmlaklarının həbsdən azad olunmasını istədi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Akif Çovdarovun qohumları əmlaklarının həbsdən azad olunmasını istədi

25391    |   2018-05-08 16:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 nəfərin Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov həkim müşayiətində zala gətirilib. Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin əmlaklarına qoyulan həbslə bağlı onların yaxınları da məhkəməyə müraciət edib. Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirlər. Daha sonra prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: "Burada bəzi məslələr var ki, dövlət sirrini təşkil edir. Ona görə də, aidiyyatı olmayan şəxslər zaldan çıxarılsın".

Çovdarov da vəsatətin təmin olunmasını istəyib.

Vəsatət təmin olunub, jurnalistlər zaldan kənarlaşdırılıb.

Proses qapalı keçirilir.

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov və digərlərinə hökm elan olunub.

Məhkəmənin hökmü ilə A.Çovdarov 12 il, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

A.Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, S.Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, A.Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və O.Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.




İmza:

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

Məhkəmələrdə problemli kreditlərin icraatı ilə bağlı işlərə baxılması təxirə salınıb

Azərbaycanda elektron qaydada məhkəmə işlərinin sayı 58,5 faiz artıb

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

"Jurnalistlər açıq məhkəmə iclaslarını sərbəst şəkildə işıqlandıra bilərlər"

Məhkəmələrdə problemli kreditlərin icraatı ilə bağlı işlərə baxılması təxirə salınıb

Azərbaycanda elektron qaydada məhkəmə işlərinin sayı 58,5 faiz artıb

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik qüvvəyə minib

Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

SON XƏBƏRLƏR
2019-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Dəli kimi nə düşmüsən bu milçəklərin dalınca?

- Sakit ol arvad, 5 milçək öldürmüşəm, 3 - ü erkək, 2 - si dişi.

- Hardan bildin 3 - ü erkək, 2 - si isə dişidir?

- 3 - ü pivənin üstündə, 2 - sini isə telefonun üstündə öldürmüşəm.





digər lətifələr
ARXİV
FACEBOOK