adalet.az header logo
  • Bakı 20°C
08 May 2018 16:40
11107
MƏMLƏKƏT
A- A+

Ağstafada kitan bayramı

Ağstafa Regional Mədəniyyət Idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Qürurumuzsan... Sərvətimizsən!..” adlı X Ümumrespublika Kitab bayramı keçirib.

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 07 may 2018 - ci il tarixdə saat 10:00-dan başlayaraq gün ərzində rayon Mədəniyyət Mərkəzinin qarşısında Ulu Öndər H.Əliyevin 95 illik yubileyinə həsr edilmiş "Qürurumuzsan... Sərvətimizsən!..” adlı X Ümumrespublika Kitab bayramı keçirib.

Kitab bayramında Qazax Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Məhəmməd Orucov, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Ağstafa Regional Mədəniyyət idarəsinin Qazax rayonu üzrə məsləhətçisi Valeh Vəliyev, Yazıçılar Birliyinin üzvü, "Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, şairlərdən Tamella Poladlı, Asimə Hüseyn, Afət Telmanqızı, Nuranə Təbrizi, Gülsənəm Cəlili, Kazım Kazımlı, rayon ictimaiyyəti fəalları, mədəniyyət və təhsil işçiləri, müxtəlif KİV nümayəndələri, məktəblilər və kiçik yaşlı uşaqlar iştirak ediblər.

Tədbiri Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açıq elan edərək, təbrik üçün sözü RİH nümayəndəsi Məhəmməd Orucova verib . O, çıxış edərək, Dahi rəhbərin adı ilə bağlı keçirilən Kitab bayramı münasibətilə hamını təbrik edib, kitabın insan həyatındakı böyük əhəmiyyətindən danışıb.

Tədbir zamanı şairə Afət Telmanqızının "Məni özümdən soruş” adlı kitabının təqdimatı da Kitab bayramını daha da maraqlı edib.

Mədəniyyət Mərkəzinin "Göyəzən” ansamblı, "Qönçə” rəqs qrupunun, şəhər 2 saylı uşaq musiqi məktəbinin saz sinfinin şagirdlərinin ifası tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Yazıçı Gülzar İbrahimova oxucularlarla görüşdə Dahi rəhbərə həsr etdiyi yeni şeirlərini oxuyub və gətirdiyi çoxlu sayda hədiyyələri fəal oxuçulara təqdim edib..

1, 2, 3 saylı Körpələr evi - Uşaq bağçalarının körpə fidanlarının bir-birindən rəngarəng ifaları tədbirə rövnəq verib.

Şəhər 4 və 5 saylı tam orta məktəblərin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya xüsusi maraqla qarşılanıb.

Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən "Qürurumuzsan.. Sərvətimizsən!..” adlı Kitab bayramında müxtəlif başlıqlarda sərgilər nümayiş etdirilib.. "Heydər Əliyev ideyaları qalib gəlir”, "Bir adın var: FÖVQƏLBƏŞƏR”, "Zəmanəmizin böyük Azərbaycanlısı” adlı kitab sərgisi, "Böyük ömrün Qazax anları” başlıqlı foto-stend, "Tariximiz - şərəfimiz”, "Azərbaycanı tanıyaq və tanıdaq”, "Dilimiz milli varlığımız”, "Əzəli əbədi torpağımsan, Qarabağ!”, "Vətən torpağı bizi gözləyir”, "Vətənə qürur, Xalqa başsağlığı gətirən Şəhidlər!”, "Milli Qəhrəmanlar Zirvəsi: Qeyrət rəmzi”, "Qəlblərdə yaşayan gözəl alim, müdrik vətəndaş, qayğıkeş Ana!”, "Azərbaycanın Qərb qapısı”, "Şairlər vətəni Qazaxım mənim”, "Azərbaycan Xalq Cümhuriyyəti ili”,” "Şərqdə ilk Parlamentli Respublika”, "Azərbaycanın mənəvi varlığının, milli ruhunun rəmzi: İtə

ataram, yada satmaram”, "Çox oxuyan çox bilər”, "Yeni kitablar”, "Oxucum, Məni oxuyun!”, "Kitab tutan balaca əllər”. Tədbirə toplaşanlar bu sərgiləri maraqla izləyiblər.

Həmçinin yeni nəşr olunan Azərbaycan və xarici bədii ədəbiyyat nümunələrindən ibarət, müxtəlif elm sahələrini əhatə edən kitab sərgiləri tərtib olunub, kitablardan istifadə olunmaqla müxtəlif quruluşlar verilib, Qazax Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının əl işlərindən ibarət eksponatlar da sərgilənib.

Tədbirin sonunda aparıcıların - Süleyman Hacıyevin və Cahan Gəncəliyevanın məharətlə mahnı ifa etmələri bir yenilik kimi gur alqışlarla qarşılanıb.

Keçirilən tədbir iştirakçılarda yüksək bayram əhval- ruhiyyəsi yaradıb.