adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 May 2018 16:26
31733
MƏDƏNİYYƏT
A- A+

BXA-da ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Milli mədəni dəyərlərin qorunmasında və təbliğində Heydər Əliyev fenomeni” adlı V Respublika elmi-praktiki konfrans keçirilib.

Plenar iclası giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ölkəmizdə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, həmçinin akademiyada beynəlxalq və respublika səviyyəli konfransların təşkil edildiyini vurğulayıb. Rektor ümumilli liderin hakimiyyəti dövründəki müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan, mədəniyyət sahəsinə olan xüsusi qayğısından danışıb:” Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi”.

T. Əfəndiyev ulu öndərin siyasətinin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib.


Rektorun çıxışının ardınca isə ümumilli lider Heydər Əliyev haqqında video-çarxın nümayiş olunub.

Daha sonra BXA-nın elm və yaradıcılıq üzrə prorektoru, əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova " Heydər-Əliyev-mədəni-mənəvi intibahın təminatçısı”, BXA-nın Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Opera və Balet Teatrının bədii rəhbəri, Xalq artisti Kamilla Hüeynova " Azərbaycan balet sənətinin inkişafı Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir”, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov " Heydər Əliyevin bədii obrazı Azərbaycan xalça sənətində”, BXA-nın baş müəllimi, Əməkdar artist Sənan Hüseynli " Ümummilli liderin Azərbaycan milli xoreoqrafiya sənətinə böyük qayğısı”, BXA-nın müəllimi, prezident təqaüdçüsü Pərvin Nəcəfova " Heydər Əliyev gənclər siyasəti” , BXA-nın Musiqi fənləri kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Eldar Dadaşov " Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği Heydər Əliyevin siyasi fəaliyyətinin tərkib hissəsi kimi” adlı məruzələrlə həmçinin Xalq artistləri Təranə Muradova və Nazpəri Dostəliyeva çıxış edərək dahi şəxsiyyətin keçdiyi mənalı həyat yolundan,çoxşaxəli fəaliyyətindən, rəhbərliyi dövründə Azərbaycanın hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, şöbənin əməkdaşları, eləcə də müxtəlif dövlət müəssisə əməkdaşlarının iştirak etdiyi konfrans öz işini seksiyalarla davam etdirmişdir.