adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 May 2018 15:57
6611
GÜNDƏM
A- A+

“Qaçqınkom”un sədri Şuşanın işğal günündə keçmiş döyüşçüləri bir araya gətirdi

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşanın işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılarəvvəlcəAzərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinibir dəqiqəlik sükutla yad ediblər.

Adalet.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən RzayevAzərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb.Komitə sədri, o zamankı Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbindən Şuşa şəhərinin lazımı səviyyədə müdafiəsinin qurulmaması nəticəsində şəhərin düşmən əlinə keçdiyini qeyd edib. O, bildirib ki, dinc əhaliyəqarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb, vandalizm aktı həyata keçiriblər.

Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət barədə danışaraq, ölkəmizin işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Ali baş komandanın qətiyyətli mövqeyi nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək.

Çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar. Şuşa şəhərinin işğalının ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımla yanaşı, xalqımızın mədəniyyətinə qarşı törətdikləri soyqırım olduğunu qeyd ediblər. Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş olunub.

Tədbirin sonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şuşa, Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Xocalı, Xocavənd, Xətai rayonlarının rəhbərləri ilə xatirə şəkili çəkilib.