adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 May 2018 15:34
12109
SİYASƏT
A- A+

Putin İlham Əliyevə məktub göndərdi

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, Rusiya dövləti başçısının təbrik məktubunda bildirilib ki, Qələbə Günü - müharibə cəbhələrində çiyin-çiyinə vuruşmuş, arxa cəbhədə fədakarlıqla çalışmış və vətəninin, bütün bəşəriyyətin faşizmdən xilas etmək naminə qəhrəmanlıq etmiş xalqlarımızın misilsiz və həmrəylik rəmzi olan müqəddəs tarixdir.

Vladimir Putin Böyük Vətən müharibəsi hadisələri barədə həqiqətlərin gənc nəslə ötürülməsinin vacibliyini xüsusi qeyd edib, həmçinin vurğulayıb ki, indiki nəsillərin əsas vəzifəsi keçmişin faciəli hadisələrin təkrarlanmasına yol verməməkdir.

Rusiya prezidenti əmin olduğunu bildirib ki, qardaş dostluğu ənənələri və sərt sınaqlar dövründə qarşılıqlı yardım ölkələrimiz arasında münasibətlərin inkişafı üçün etibarlı zəmin olacaqdır.

Vladimir Putin bütün müharibə veteranlarına və arxa cəbhə əməkçilərinə səmimi minnətdarlıq sözlərini çatdırıb, onlara möhkəm cansağlığı, uzun ömür, sülh və firavanlıq arzulayıb.

V. Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.